Icma.az
close
up
RU
Təmizkar deyilsən dedi, arvadını döydü

Təmizkar deyilsən dedi, arvadını döydü

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Samux rayonunda 1981-ci il təvəllüdlü Nəriman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Oxu.Az-ın Demokrat.az-a istinadla məlumatına görə, hadisə Samux rayonunun kəndində baş verib. Kənd sakini yaşadığı evində aralarında baş vermiş ailə münasibətləri zəminində mübahisə zamanı əli ilə qəsdən həyat yoldaşı Vüsalənin sol göz nahiyəsinə bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Samux rayonunun kəndində yaşayır, fərdi əməklə məşğuldur: "Zərərçəkmiş Vüsalə ilə 2019-cu il tarixdə ailə həyatı qurmuşam, 3 övladım var. Vüsalə ev işlərində və uşaqlara baxmaqda təmiz olmadığı üçün ona irad bildirmişəm. Bu səbəbdən aramızda dəfələrlə mübahisələr olub".

Nəriman qeyd edib ki, məlum hadisə günü, gecə saat 4 radələrində evində yatan zaman uşaq altını islatdığı üçün natəmiz iy gəlib: "Bu səbəbdən Vüsaləyə uşağın altını dəyişmədiyinə görə iradımı bildirdim. Bu zaman Vüsalə uşağın altını dəyişmək istəmədi. Mən bu səbəbdən əsəbiləşdim, özümü cilovlaya bilmədiyim üçün sol əlimin arxa hissəsi ilə Vüsalənin sol göz nahiyəsinə bərk vuraraq döydüm. Vüsalə sol göz nahiyəsindən xəsarət aldı. Mən buna əhəmiyyət vermədim. Həmin gün səhər tezdən duraraq işə getdim. Axşam saatlarında işdən evə qayıtdım. Bu zaman Vüsalənin evdə olmadığını gördüm. Onun harada olması barədə qonşu və qohumlardan soruşdum. Bu zaman Vüsalənin Goranboy rayonunun kəndində yaşayan baldızımın yanında olmasını müəyyən etdim. Mən baldızım ilə telefon əlaqəsi saxladım. Vüsalənin orada olduğunu, barəmdə şikayət etdiyini bildim".

Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəriman 240 saat ictimai işlər cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Dekabr 2024 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri