Icma.az
close
up
RU
Arvadını “təmizkar deyilsən” deyərək döyən ər məhkəməlik oldu

Arvadını “təmizkar deyilsən” deyərək döyən ər məhkəməlik oldu

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Samux rayonunda 1981-ci il təvəllüdlü Nəriman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə Samux rayonunun kəndində baş verib.
Kənd sakini yaşadığı evində aralarında baş vermiş ailə münasibətləri zəminində mübahisə zamanı əli ilə qəsdən həyat yoldaşı Vüsalənin sol göz nahiyyəsinə bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağıamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Samux rayonunun kəndində yaşayır, fərdi əməklə məşğuldur: “Zərərçəkmiş Vüsalə ilə 2019-cu il tarixdə ailə həyatı qurmuşam, 3 övladım var. Vüsalə ev işlərində və uşaqlara baxmaqda təmiz olmadığı üçün ona dəfələrlə irad bildirmişəm. Bu səbəbdən aramızda dəfələrlə mübahisələr olub”.
 

Nəriman qeyd edib ki, məlum hadisə günü, gecə saat 4 radələrində evində yatan zaman uşaq altını islatdığı üçün natəmiz iy gəlib: “Bu səbəbdən Vüsaləyə uşağın altını dəyişmədiyinə görə iradımı bildirdim. Bu zaman Vüsalə uşağın altını dəyişmək istəmədi. Mən bu səbəbdən əsəbləşdim, əsəbimi cilovlaya bilmədiyim üçün sol əlimin arxa hissəsi ilə Vüsalənin sol göz nahiyyəsinə bərk vuraraq döydüm. Bu səbəbdən Vüsalə sol göz nahiyyəsindən xəsarət aldı.


Mən buna əhəmiyyət vermədim. Həmin gün səhər tezdən duraraq işə getdim. Həmin gün axşam saatlarında işdən evə qayıtdım. Bu zaman Vüsalənin evdə olmadığını gördüm. Onun harada olması barədə qonşu və qohumlardan soruşdum. Bu zaman Vüsalənin Goranboy rayonun kəndində yaşayan baldızımın yanında olmasını müəyyən etdim. Mən baldızım ilə telefon əlaqəsi saxladım. Vüsalənin orada olduğunu, barəmdə şikayət etdiyini bildim”.
Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəriman 240 saat ictimai işlər cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.


Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Dekabr 2024 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri