Təmkin Xəlilzadə: Mənə olan inamı doğrultduğum üçün qürurluyam
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Dünya çempionu olmaq sözlə ifadə olunmaz hisslərdir".
Bunu Oxu.Az-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə deyib.
"Ölkəmizdə keçirilən dünya çempionatında qalib gəlmək həqiqətən də qürurverici hissdir. Professional futbolçu keçmişim olduğundan azarkeşlərin mənə olan inamı daha çox idi və bu məndə əlavə məsuliyyət yaradırdı. Bir dəfə dünya çempionu olduq deyə dayanmaq yoxdur. Bundan sonra titulumuzu qorumağa, üçqat-dördqat dünya çempionu, Avropa çempionu olmağı arzulayırıq və bunun üçün çalışacağıq. Hazırda dincəlib çempionluğun və bu anın dadını çıxaracağıq. Təxminən bir ay sonra məşqlərə başlayacağıq", -deyə T.Xəlilzadə bildirib.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 İyun 2025 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















