“Çox əziyyət çəkirik, inanıram ki...” Təmkin Xəlilzadə
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə minifutbol üzrə dünya çempionatında yarımfinala yüksəldikləri üçün xoşbəxt olduğunu bildirib.
"Report"un məlumatına görə, futbolçu bunu İngiltərə ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Ola bilər ki, həyəcandan hisslərimi doğru ifadə edə bilmərəm. Çox həyəcanlıyam. Allaha şükürlər olsun ki, möhtəşəm qələbə qazandıq. Bizə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Çox əziyyət çəkirik, inanıram ki, sonda bu, öz bəhrəsini verəcək. Dünya çempionu olmağımıza son 2 oyun qalıb. İnşallah, arzumuza çatacağıq".
Qeyd edək ki, Azərbaycan yığması 1/4 finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 30 May 2025 08:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















