Icma.az
close
up
RU
Temu Azərbaycanda bloklanacaq? Açıqlama + Etiraz doğuran FOTOLAR

Temu Azərbaycanda bloklanacaq? Açıqlama + Etiraz doğuran FOTOLAR

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda “Temu” onlayn alış-veriş platformasında satışa çıxarılan bəzi məhsullar ictimai narazılığa səbəb olub.

Azərbaycan xalqı üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan 8 Noyabr - Zəfər Günü və Zəfər abidəsinə aid simvolların hamam aksesuarları, corablar və unitaz üçün ayaqaltılar üzərində təsvir edilməsi cəmiyyətdə milli dəyərlərə hörmətsizlik kimi qiymətləndirilir.

Sosial şəbəkələrdə geniş müzakirələrə yol açan məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi tələb olunur.

Maraqlıdır, buna qarşı hansı hüquqi addımlar atıla bilər?

Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, sözügedən platformanın Azərbaycanda rəsmi nümayəndəliyi olmadığı təqdirdə hər hansı hüquqi tədbir görmək olduqca çətin olacaq.

Onun sözlərinə görə, şirkətin yerləşdiyi ölkəyə müraciət edilməsinin real nəticə verməsi ehtimalı azdır:

"Onların burada nümayəndəliyi yoxdursa, tədbir görmək çətin olacaq. Onların yerləşdiyi ölkəyə bunu yazmağın faydası olmayacaq. Bu halda yeganə effektiv yol platformanın ölkə ərazisində bloklanması ola bilər.

Belə ki, bloklama tətbiq edildiyi təqdirdə, şirkət nə öz məhsullarını Azərbaycanda sata, nə də reklam fəaliyyəti göstərə bilər. Yeganə yolu bunu görürəm".

Sahib Məmmədov əlavə edib ki, əgər platformanın ölkəmizdə rəsmi nümayəndəliyi olsaydı, onlara qarşı hüquqi tələblər irəli sürmək mümkün olardı: "Lakin bu da ciddi nəticə verməyə bilər. Çünki o platforma qlobal şəbəkədir və reklam siyasəti bütün ölkələr üçün eyni prinsiplə həyata keçirilir. Mövcud vəziyyətdə ən real və təsirli addım məhz bloklama mexanizmidir".

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Yanvar 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri