Icma.az
close
up
RU
Temu və Trendyol la bağlı Azərbaycanda dəyişiklik Bahalaşa bilər

Temu və Trendyol la bağlı Azərbaycanda dəyişiklik Bahalaşa bilər

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, onlayn satışla məşğul olanlar Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Həmçinin bu qanun onlayn ticarət şirkətlərinə də şamil olunur.

Bəs, "Trendyol", "Temu" kimi ticarət şirkətləri vergi verərlərsə, bu, qiymətlərin bahalaşmasına səbəb olacaqmı?

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, elektron ticarət sahəsində tətbiq olunacaq yeni mexanizm dövriyyə həddi keçildikdən sonra xarici onlayn platformaların və ya şəxslərin Azərbaycanda elektron vergi uçotuna alınmasını nəzərdə tutur. 

Onun sözlərinə görə, mexanizmə əsasən, onlayn satış həyata keçirən platforma və ya şəxs dövriyyə həddini aşdıqdan sonra Azərbaycanda elektron qaydada vergi uçotuna düşür və göstərdiyi xidmət və ya satış üzrə vergi öhdəliyi yaranır:

"Xarici şirkətlər üçün bu, adətən yerli nümayəndəlik açmadan "qeyri-rezident vergi ödəyicisi" kimi qeydiyyata alınmaq deməkdir. Onlar elektron sistem üzərindən dövriyyəni bəyan edir və qanunvericilikdə nəzərdə tutulan vergini, əsasən isə ƏDV-ni dövlət büdcəsinə köçürürlər".

A. Nəsirli qeyd edib ki, texniki baxımdan verginin ödənilməsi çətin proses deyil, lakin bu mexanizmin iqtisadi nəticələri olacaq:

"Praktikada çox vaxt şirkətlər vergi yükünü öz üzərlərinə götürmür, onu məhsulun və ya xidmətin qiymətinə əlavə edirlər. Bu baxımdan vergi tətbiq edildikdən sonra qiymətlərdə müəyyən artım ehtimalı yüksəkdir".

İqtisadçı nəzərə çatdırıb ki, bu artım xüsusilə "Temu", "Trendyol" kimi beynəlxalq onlayn platformalarda ya məhsulun qiymətində, ya da çatdırılma xərclərində özünü göstərə bilər.

Həmsöhbətimiz vurğulayıb ki, prosesin əsas məqsədi bazarda ədalətli rəqabət mühitinin formalaşdırılmasıdır:

"Yerli onlayn satıcılar vergi ödədiyi halda, xarici platformaların vergidən kənarda qalması bərabərsiz və ədalətsiz rəqabət yaradırdı. Yeni qaydalarla dövlət həm dövriyyəni nəzarətə götürmək, həm də bütün iştirakçılar üçün eyni vergi şərtləri yaratmaq istəyir".

İqtisadçı əlavə edib ki, mümkün qiymət artımının miqyası şirkətlərin vergi yükünü necə bölüşdürməsindən asılı olacaq.  

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Fevral 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see272

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see270

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see265

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see252

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see243

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see239

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see229

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see224

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see220

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see217

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see213

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see211

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see209

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see200

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see198

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see196

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see195

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see188

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri