Azərbaycanda benzinin qiyməti bahalaşa bilər
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünya bazarında yanacağın qiymətinin sürətlə qalxması “Azərbaycanda qiymətlər dəyişəcəkmi?” sualını gündəmə gətirib. Ölkəmiz enerji ixracatçısı kimi qlobal bahalaşmadan qazansa da,daxili bazardakı qiymət siyasəti tamamilə fərqli mexanizmlərlə idarə olunur.
Mövzuyla bağlı Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban Modern.az-a danışıb.
Onun sözlərinə görə yanacağın dünya bazarında bahalaşmasının səbəbi Rusiyadır.
"İstər Qərbdə, istər Şərqdə, istərsə də Cənubda və Şimalda olsun, dünyanın hər yerində yanacağın qiyməti artır. Neftin qiyməti artıq uzun müddətdir ki, 100 dollar ətrafındadır. Bu da xammalın baha olmasına, yanacağın son istehlak qiymətinə təsir edir. İkinci bir tərəfdən, Rusiya faktoru burada özünü göstərir. Çünki Rusiya dünya bazarına en çox dizel yanacağı çıxardan ölkələrdən biri idi. Ukraynanın mütəmadi olaraq, yay aylarında Rusiyanın neftayırma zavodlarına ard-ardınca zərbələr endirməsi, onların fəaliyyətinin qismən də olsa dayanmasına gətirib çıxartdı. Rusiyanın özündə belə yanacağın qıtlığı müşahidə edildi. Nəticə etibarilə Rusiya artıq öz bazarının qeydinə qalır və bu baxımdan da xarici bazara yönəltdiyi həcmləri artıq bir neçə aydır ki, azaldır".
İlham Şaban bahalaşmanın Azərbaycana təsirindən də danışıb.
"Azərbaycanda ən populyar iki növ yanacaq növü var.Bu AI-92 markalı benzin və dizeldir. Hər iki yanacaqla Azərbaycan özünün tam ehtiyaclarını ödəyir. Biz yüksək oktanlı benzini hələ də idxal edirik. Bu, AI-95 və AI-98 markalı benzinlərdir. Və xarici bazardan idxal etdiyimizdən, təbii ki, qiymətlərə təsir göstərə bilir".
İndiki vaxta qədər xarici bazarda qiymətlərin artımı müşahidə olunsa da, Azərbaycanda qiymətlər sabitdir. Sabitliyin nə qədər davam edəcəyi haqqında nəsə demək olmur".
Baxış sayı:184
Bu xəbər 29 Sentyabr 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















