“Temu”nun “Fatihə”si oxunacaq? “Pozuntu nədir, məlum deyil”
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi olan "PDD Holdings" şirkəti əleyhinə iş qaldırıb. Agentlik şirkətin rəqabəti məhdudlaşdıran qiymət siyasəti tətbiq etməsinə dair əlamətlərin aşkarlandığını bildirilib.
İqtisadçı Xalid Kərimli “Yeni Sabah”a bildirib ki, hazırda hansı rəqabət normalarının pozulduğu hələ elan olunmayıb:
“Məlumatda yalnız rəqabət qanunvericiliyinin pozulması ilə bağlı araşdırmanın aparıldığı qeyd olunur. Ancaq hansı maddələrin pozulduğu məlum deyil. Rəqabət Məcəlləsində çoxsaylı pozuntu halları nəzərdə tutulur. Ona görə də əvvəlcə hansı maddələrin pozulduğu dəqiqləşdirilməlidir”. Pepperoni pizza
X.Kərimlinin sözlərinə görə, araşdırma nəticəsində pozuntu təsdiqlənərsə, agentlik qanunvericiliyin verdiyi geniş səlahiyyətlər çərçivəsində tədbirlər görə bilər:
“Pozuntu təsdiqlənərsə, fəaliyyətin məhdudlaşdırılması, eləcə də qanun pozuntusu nəticəsində əldə olunan dövriyyə əsasında böyük məbləğdə cərimələrin tətbiqi mümkündür. Amma konkret hansı tədbirin görüləcəyi müəyyən edilən pozuntunun mahiyyətindən və hansı maddələrin pozulduğundan asılı olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 15 İyul 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















