Icma.az
close
up
RU
TENDER BAZARINDA ƏN ÇOX PAYA SAHİB OLANLAR KİMLƏRDİR? ARAŞDIRMA

TENDER BAZARINDA ƏN ÇOX PAYA SAHİB OLANLAR KİMLƏRDİR? ARAŞDIRMA

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, 2019-cu ildən dövlət satınalmaları elektron dövlət satınalmaları platforması üzərindən həyata keçirilir.

"AzPolitika" xəbər verir ki, platformada toplanan statistika göstərir ki, indiyədək dövlət qurumları tərəfindən 111 mindən çox satınalma müqaviləsi bağlanıb. Bu müqavilələrin ümumi dəyəri isə 49,4 milyard manata çatır. 

Satınalma üsulları üzrə statistikaya nəzər saldıqda maraqlı mənzərə ortaya çıxır. Say baxımından ən çox istifadə edilən metod bir mənbədən satınalma olub. Bu üsulla 36,1 min müqavilə bağlanıb və onların ümumi dəyəri 12 milyard manat təşkil edib. Bunun ardınca 24,8 min müqavilə ilə kotirovka, 20,8 min müqavilə ilə açıq tender, 16,9 min müqavilə ilə naməlum metod, 10,9 min müqavilə ilə birbaşa satınalma gəlir.

Lakin maliyyə həcminə görə vəziyyət fərqlidir. Ən böyük pay açıq tenderlərin üzərinə düşür. Açıq tender üsulu ilə bağlanan 20,8 min müqavilənin ümumi dəyəri 20,6 milyard manatdır. Bundan əlavə, dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən artıq olan 527 iri açıq tender üzrə bağlanan müqavilələrin həcmi 5,4 milyard manata çatır. Bu isə göstərir ki, iri dövlət layihələrinin əksəriyyəti məhz açıq tender vasitəsilə həyata keçirilib.

Diqqət çəkən məqamlardan biri də 16,9 min müqavilənin "naməlum metod" kimi göstərilməsidir. Bu kateqoriya üzrə müqavilələrin ümumi dəyəri 7,5 milyard manatdır ki, bu da ümumi bazarın əhəmiyyətli hissəsini təşkil edir.

Statistikada dövlət vəsaitlərini ən çox xərcləyən qurumların siyahısı da maraqlı mənzərə yaradır. Siyahıya Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu başçılıq edir. Fondun satınalma müqavilələrinin ümumi dəyəri 3,1 milyard manatdır. İkinci yerdə "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi qərarlaşıb. Bu qurumun satınalmalarının həcmi 2,5 milyard manat təşkil edir.

Sonrakı yerlərdə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlar, "Azərenerji" ASC, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, İnnovasiya və Təchizat Mərkəzi və s. yer alır. 

Tender bazarında ən çox sifariş alan şirkətlərə baxdıqda isə ilk sırada "AzEduNet" MMC qərarlaşıb. Şirkətin bağladığı müqavilələrin ümumi həcmi 1,7 milyard manatdır. İkinci yerdə "Minera" MMC 1,4 milyard manat, üçüncü yerdə isə "Cybernet" MMC 1,1 milyard manat həcmində müqavilələrlə yer alır.

Ən aktiv təchizatçılar sırasında həmçinin "Global Services" MMC, "Nort Vest Konstrakşn" MMC, "Zeytun Pharmaceuticals" MMC, "Azeri Med" MMC, "Simplex" QSC, "Azertexnolayn" MMC və "Electro Service" QSC da var. Buradan da aydın olur ki, dövlət sifarişlərinin böyük hissəsi tikinti, informasiya texnologiyaları, enerji və səhiyyə sektorlarında fəaliyyət göstərən şirkətlər arasında bölüşdürülüb.

Elektron platformada yer alan ən iri müqavilələr də milyardlarla manatlıq layihələri əhatə edir. Rekord göstərici 1 milyard 699 milyon manat dəyərindədir. Bu müqavilə Elm və Təhsil Nazirliyinin tabeliyində olan qurum ilə "AzEduNet" MMC arasında bir mənbədən satınalma üsulu ilə bağlanıb.

İkinci ən böyük müqavilə 1 milyard 350 milyon manat məbləğində olub və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən "Minera" MMC ilə açıq tender nəticəsində imzalanıb.

Bundan başqa, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qurumlar, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi də yüz milyonlarla manatlıq müqavilələr bağlayan dövlət qurumları sırasındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Avqust 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri