Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Qurumların məsuliyyətsizliyinin qurbanı olanlar: Günahkar kimlərdir?

Qurumların məsuliyyətsizliyinin qurbanı olanlar: Günahkar kimlərdir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son illər kanalizasiya quyularına və kollektor xətlərinə düşərək insanların həyatını itirməsi halları qeydə alınır. Açıq qalan və ya üzəri düzgün bağlanmayan quyular insanların həyatı üçün ciddi təhlükə yaradır. Belə hadisələr baş verdikdən sonra isə məsuliyyət məsələsi gündəmə gəlir.

Son olaraq Hacıqabul şəhərində Şirvan sakini, 1981-ci il təvəllüdlü Namiq Babayevin kanalizasiya quyusuna düşərək ölməsi bu problemi yenidən diqqət mərkəzinə gətirib. Bundan əvvəl, 2025-ci il iyunun 26-da Bakının Nərimanov rayonunda kollektorun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiya sularına düşərək itkin düşmüşdü. Onun meyiti iki gün sonra Hövsan qəsəbəsində yerləşən təmizləmə anbarında tapılmışdı.

Baş verən bu hadisələr və ölüm hallarında məsuliyyəti kim daşıyır? 

Mövzu ilə bağlı "Cebheinfo.az"a danışan vəkil Cahangir Qasımzadə deyib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətəndaşın kanalizasiya quyusuna (lüka) və ya xəttinə düşməsi zamanı məsuliyyət həmin kommunikasiya xəttinin kimin balansında olmasından və hadisənin başvermə səbəbindən asılı olaraq müəyyən edilir:

"Bu kimi hallarda hüquqi məsuliyyət bölgüsü və görülən tədbirlər üç əsas istiqamətdə tənzimlənir: Məsuliyyətin kimin üzərində olması (Balans mənsubiyyəti). Azərbaycan Respublikasının "Su təchizatı və tullantı suları haqqında" Qanununa və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Əsasnaməsinə əsasən, xətlərin işlək vəziyyətdə saxlanılması və təhlükəsizliyi bilavasitə balans saxlayıcısının öhdəliyidir.

Ümumi istifadədə olan şəhər və qəsəbə şəbəkələri: Küçə və prospektlərdə yerləşən mərkəzi kanalizasiya və yağış suları kollektorlarının, eləcə də onların baxış quyularının (qapaqlarının) texniki vəziyyətinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yerli sukanal idarələri (məsələn, Bakı Su Kanal İdarəsi və ya regional idarələr) cavabdehdir".

Vəkil əlavə edib ki, kanalizasiya quyusuna görə MTK, JEK və podratçılar da məsuliyyət daşıya bilər:

"Bina həyətləri və MTK-lar: Çoxmənzilli yaşayış binalarının həyətyanı sahələrində yerləşən daxili şəbəkələrə görə həmin əraziyə xidmət göstərən Mənzil-Tikinti Kooperativi (MTK), Mənzil İstismar Sahəsi (MKİS/JEK) və ya bina idarəetmə şirkəti məsuliyyət daşıyır.

Özəl müəssisələr və fərdi ərazilər: Hər hansı obyektin, zavodun və ya fərdi tikilinin ərazisindəki xətlərə görə birbaşa mülkiyyətçi və ya istifadəçi cavabdehdir. Tikinti və təmir aparan podratçılar: Əgər ərazidə yol çəkilişi və ya kommunikasiya təmiri aparılırsa və xəbərdaredici nişanlar, qoruyucu çəpərlər qoyulmayıbsa, məsuliyyət işləri icra edən podratçı şirkətin üzərinə düşür".
Cahangir Qasımzadə vurğulayıb ki, qapaq oğurlansa belə, məsuliyyət sukanal idarəsinin üzərindən götürülmür:
"Qapaqların oğurlanması halı: Quyunun qapağı naməlum şəxslər tərəfindən oğurlanıbsa belə, istismarçı qurumun (məsələn, sukanal idarəsinin) mütəmadi baxış keçirməməsi və təhlükəni vaxtında aradan qaldırmaması onun vəzifə səhlənkarlığı kimi qiymətləndirilir".

O bildirib ki, belə bir hadisə baş verdikdə həm operativ, həm də hüquqi müstəvidə ardıcıl tədbirlər həyata keçirilir:

"Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunur. Quyuda köməksiz vəziyyətdə qalan şəxs xilas edilərək oradan çıxarılır və ona ilkin tibbi yardım göstərilir. Quyunun balans mənsubiyyətinə uyğun olaraq məsul qurumun qəza-bərpa briqadası hadisə yerinə cəlb olunur. Açıq qalmış quyu yeni qapaqla bağlanır, yolun çökməsi və ya digər təhlükəli vəziyyət yarandıqda ərazi dəmir çəpərlərlə mühafizə olunur və zəruri təmir-bərpa işlərinə başlanılır.

Hadisə yerinin aid olduğu rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırma başladılır. Məhkəmə-tibb ekspertizası (xəsarətin və ya ölümün səbəbini müəyyən etmək üçün) və məhkəmə-texniki ekspertiza (xəttin niyə çökdüyünü və ya açıq qaldığını müəyyən etmək üçün) təyin edilir.

Qurum daxilində həmin əraziyə (sahəyə) cavabdeh olan mühəndis, sahə rəisi və ya texniki nəzarətçinin vəzifə təlimatları götürülür. Nəzarətsizlik sübuta yetirilərsə, həmin şəxs barəsində cinayət işi açılır və iş məhkəməyə göndərilir.

Rezonans doğuran hadisələrdən sonra ADSEA və yerli icra hakimiyyətləri tərəfindən digər ərazilərdəki baxış quyularının monitorinqi aparılır, çatışmayan qapaqlar yenilənir və qəzalı vəziyyətdə olan kollektorların dəyişdirilməsi üçün tədbirlər planı icra olunur".

Vəkilin sözlərinə görə, vətəndaşlar açıq kanalizasiya quyusu və ya digər təhlükəli kommunikasiya xətti aşkar etdikdə, bu barədə dərhal Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) 955 Çağrı Mərkəzinə və ya Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat verməlidirlər:

"Vətəndaş belə bir hadisə nəticəsində zərər çəkərsə, hadisə yerinin foto və video görüntülərini qeydə almalı, şahidlərin əlaqə məlumatlarını əldə etməli, həmçinin dərhal Daxili İşlər Nazirliyinin 102 və Təcili Tibbi Yardımın 103 xidmətlərinə müraciət edərək hadisənin rəsmi qeydiyyata alınmasını təmin etməlidir. Bu sübutlar sonradan məhkəmə qaydasında maddi və mənəvi zərərin ödənilməsini tələb etmək üçün əhəmiyyət daşıyır".

Əfsanə Rəcəb
"Cebheinfo az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri