Icma.az
close
up
RU
Tenderlərdə “GREY GROUP” müəmması: Dəftərxana ləvazimatı, yoxsa ərzaq satan şirkət?

Tenderlərdə “GREY GROUP” müəmması: Dəftərxana ləvazimatı, yoxsa ərzaq satan şirkət?

Icma.az bildirir, Tribuna portalına istinadən.

Ölkədə əksər dövlət qurumları il ərzində heç də kiçik olmayan məbləğlərdə dəftərxana ləvazimatları alırlar. Tribunainfo.az xəbər verir ki, bu məsələdə ən aktiv şirkətlər sırasında “A4 Ofis” MMC və “GREY GROUP” MMC dayanır.

Sayt olaraq “GREY GROUP” MMC ilə bağlı geniş araşdırma apardıqada məlum oldu ki, bu şirkətə ötən il 17 tenderin qalibi olub. Həmin müsabiqlər üzrə dövlət qurumlarına 2 milyon 219 min 701 manatlıq dəftərxana ləvazimatı, təsərrüfat malları və promo məhsullar satılıb.

Qeyd edək ki, şirkət bu ilin ilk üç ayında da fəal olub. Bu üç ayda 3 tender udub. Onların ümumi məbləği isə 787 min 503 manat təşkil edib.

Rəsmi məlumatlardan belə görünür ki, “GREY GROUP” MMC-nin ötən il ən çox satınalma müqaviləsi bağladığı dövlət qurumu Ədliyyə Nazirliyi olub. Belə ki, şirkətlə nazirlik arasında ötən il üç müqavilə imzalanıb. Dəftərxana ləvazimatlarından tutmuş, katriclərin alınmasına qədər bütün işləri əhatə edən prosesdən şirkət 757 min 880 manat qazanıb.

Bahalı tenderlər sırasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də var. Rəsmi qaynaqlarda sözügedən şirkət bu qurumun iki tenderinin qalibi olub. “GREY GROUP”dan 226 min 896 manatlıq promo məhsulları və çap xidmətləri satın alan KOBİ, ardından  dəftərxana ləvazimatları və təsərrüfat malları üçün 225 min 997 manat xərləyib.

İlkin araşdırmalardan belə anlaşılır ki, “GREY GROUP” təkcə, iki dövlət qurumundan bir il ərzində keçirilən tenderlərin 25 faizini alsa da, qazndığı pul ümumi məbləğin 50 faizini təşkil edir. Belə ki, 2.2 milyion manatlıq  ümimi tenderlərin 1 milyon 210 min 773 manatı məhz Ədliyyə Nazirliyi ilə KOBİ-nin tenderlərindən əldə olunub.

Maraqlı məqamlardan biri də odur ki, “Grey Group” MMC təkcə dəstərxana məhsulları satmayıb. Şirkət hətta bəzi dövlət qurumlarına ərzaq məhsullarının alınmasında da yardımçı olub. Məsələn, 03.04.2023-cü il tarixində bağlanılmış müqaviləyə əsasən “Grey Group” MMC Dövlət Neft Fonduna 38 973 manat dəyərində “Ərzaq məhsullarının alınması”nı reallaşdırıb.

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “GREY GROUP” MMC-nin qanuni təmsilçisi Cavid Əliyev Qafar oğludur.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Mart 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri