Icma.az
close
up
RU
Tənqid edəni düşmən elan edən cəmiyyət... ŞƏRH

Tənqid edəni düşmən elan edən cəmiyyət... ŞƏRH

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəqəmsal kommunikasiya vasitələrinin sürətlə inkişafı sosial şəbəkələri insanların fikir mübadiləsi apardığı əsas platformalardan birinə çevirib. Bununla yanaşı, son illərdə sosial mediada kütləvi qınaq və linç kampaniyalarının artması da diqqət çəkən məsələlərdən biri kimi gündəmə gəlib. Hər hansı paylaşım, fikir və ya mövqe qısa müddətdə minlərlə istifadəçinin reaksiyasına səbəb ola bilir, bəzən isə bu reaksiyalar sərt təhqirlərə, şəxsi hücumlara və ictimai təzyiqə çevrilir. Sosial şəbəkələrdə fərqli düşüncəyə malik insanların hədəfə alınması ifadə azadlığı və fikir plüralizmi baxımından ciddi suallar yaradır. Bir çox hallarda istifadəçilər ictimai qınaqdan, nüfuzlarına zərər gələcəyindən və ya kütləvi hücumlarla üzləşəcəklərindən ehtiyat edərək öz mövqelərini açıq şəkildə ifadə etməkdən çəkinirlər. Bu isə cəmiyyət daxilində müxtəlif baxışların sərbəst müzakirəsinə mənfi təsir göstərə bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində fərqli fikirlərin müzakirəsi üçün müəyyən mədəniyyət formalaşıb:
“Təəssüf ki, bizdə bu sahədə ciddi problemlər mövcuddur. İnsanlar fərqli fikirlərə qarşı çox vaxt dözümsüz yanaşırlar. Bəzən sadəcə həqiqəti demək, faktları ortaya qoymaq belə ağır nəticələrə səbəb olur. Hər hansı bir şəxs cəmiyyətin problemlərindən, nöqsanlarından və ya ümummilli məsələlərdən danışan kimi dərhal kütləvi hücumlarla üzləşir. Bu səbəbdən də bir çox insanlar artıq ictimai problemlər barədə danışmaq, onları gündəmə gətirmək istəmirlər. Çünki bilirlər ki, dərhal təhqir, söyüş və şəxsi hücumlarla qarşılaşacaqlar. Bu isə sağlam və sivil cəmiyyət üçün qəbuledilməz vəziyyətdir. Biz demokratik dövlətdə yaşayırıq və hər bir insanın fikir azadlığı var. Hər kəs öz mövqeyini, yanaşmasını sərbəst şəkildə ifadə edə bilər. Əgər hansısa fikir cəmiyyətə konkret zərər vurursa, ona arqumentlərlə etiraz etmək, hüquqi qaydada münasibət bildirmək mümkündür. Lakin insan problemləri gündəmə gətirir, faktlar göstərir və nöqsanları diqqətə çatdırırsa, normal halda buna təşəkkür edilməlidir. Çünki tənqid çox vaxt düzəlmək və inkişaf etmək üçün bir fürsətdir. Təəssüf ki, bizdə çox zaman bunun əksi müşahidə olunur. Kimsə hər hansı nöqsanı göstərən kimi düşmənə çevrilir və dərhal kütləvi hücumların hədəfi olur. Bu isə müzakirə və debat mədəniyyətinin zəif olduğunu göstərir. Sosial şəbəkələrdə vəziyyət xüsusilə narahatlıq doğurur. Fərqli fikirlər ətrafında sağlam müzakirələr aparmaq əvəzinə, məsələ tez-tez təhqir və qarşıdurma müstəvisinə keçir”.
O deyib ki, halbuki inkişaf etmiş cəmiyyətlərdə insanlar müxtəlif mövqeləri dinləyir, arqumentlərini ortaya qoyur və nəticədə ortaq məxrəcə gəlməyə çalışırlar:
“Bizdə isə bəzən müzakirələrin sonu söyüşə, qarşıdurmaya, hətta hüquq pozuntularına qədər gedib çıxır. Bu isə sağlam ictimai düşüncənin göstəricisi deyil. Cəmiyyət olaraq başa düşməliyik ki, başqasının fikrinə hörmət etmək, fərqli mövqelərə dözümlə yanaşmaq inkişafın vacib şərtlərindən biridir. Milli problemlərdən, sosial nöqsanlardan danışan insanlara düşmən kimi yox, problemin həllini istəyən vətəndaş kimi yanaşmaq lazımdır. Məsələn, toy və yas mərasimlərindəki problemlərlə bağlı tənqidi fikir səsləndirilən kimi bəzən kəskin reaksiyalar ortaya çıxır. Halbuki məqsəd həmin problemləri böyütmək deyil, onların aradan qaldırılmasına töhfə verməkdir. Problemləri gizlətmək və ya onlar haqqında danışmamaq vəziyyəti yaxşılaşdırmır, əksinə daha da dərinləşdirir. Sağlam cəmiyyət qurmaq istəyiriksə, müzakirə mədəniyyətini inkişaf etdirməliyik. Hər kəsin fikir və ifadə azadlığına hörmətlə yanaşılmalıdır. Kimsə yanlış fikir səsləndirirsə, buna cavab təhqirlə deyil, arqument və faktlarla verilməlidir. Əgər arqument əvəzinə söyüş və təhqir seçilirsə, bu, haqlı olmaqdan çox zəifliyin göstəricisidir. Bu baxımdan dünyanın inkişaf etmiş və demokratik cəmiyyətlərinin təcrübəsinə diqqət yetirməliyik. Tənqidə dözümlülük, açıq müzakirə mühiti və fərqli fikirlərə hörmət cəmiyyətin inkişafının əsas şərtlərindəndir. Yalnız bu yolla daha sağlam, daha güclü və daha müasir cəmiyyət qurmaq mümkündür”. 
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri