Trampı tənqid edən aktyor hərbi cinayətkar elan edildi
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Ağ evin kommunikasiya direktoru Stiven Çunq, ABŞ prezidenti Donald Trampı tənqid etdiyinə görə amerikalı aktyor Corc Klunini "hərbi cinayətkar" elan edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, məmur bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Çunq qeyd edib ki, yeganə "hərbi cinayət" törədən şəxs Corc Klunidir və o, bunu bərbad filmləri və iyrənc aktyorluq oyunu ilə edir.
Bundan əvvəl Donald Tramp Corc Kluni və ailəsinin Fransa vətəndaşlığı almasını tənqid edərək, Kluni cütlüyünü "bütün zamanların ən pis iki siyasi proqnozçusu" adlandırıb. Tramp həmçinin bildirib ki, onların immiqrasiyaya qarşı qorxulu münasibəti səbəbindən Fransa hazırda ciddi cinayətkarlıq problemi ilə üz-üzədir.
Qeyd edək ki, aktyor və hazırkı ABŞ lideri arasındakı mübahisə hələ 2017-ci ildə başlayıb. O vaxt Kluni Trampı "Hollivud elitası" adlandıraraq ona lağ etmişdi.
Baxış sayı:107
Bu xəbər 10 Aprel 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















