Icma.az
close
up
RU
Tənqidçi deputatlara YAPçı həmkarından irad

Tənqidçi deputatlara YAPçı həmkarından irad

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Respublikası Milli Məclisinin deputatı adını daşımaq olduqca şərəfli, bir o qədər də məsuliyyətli vəzifədir. Milli Məclisin deputatı öz mövqeyini və fikirlərini ifadə edərkən, ilk növbədə dövlətçilik maraqlarından çıxış etməli, həqiqəti söyləməlidir. Ayrı-ayrı neqativ hallarla da bağlı mövqe ortaya qoymalıdır. Amma şişirdilmiş və reallıq ilə əks mütənasib olan mövqelər qəbul edilməzdir.”

Bu sözləri Gununsesi.info-ya Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Elman Nəsirov deputat həmkarlarının sosial siyasətlə bağlı səsləndirdiyi fikirlərə təəssüfləndiyini bildirir:

“Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Parlamentdə 2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəzi deputatların bəzi məsələlərlə bağlı mövqeyi, Cənab Prezidentin həyata keçirdiyi siyasətin mahiyyətinə, məntiqinə, fəlsəfəsinə zidd idi. Belə ki, səsləndirilən fikirlər elə bir fon yaradırdı ki, sanki ölkəmizdə son 20 il ərzində tarixi əhəmiyyətli addımlar atılmayıb. Bu həqiqətləri görməyən şəxslərə xatırlatmaq istəyirəm ki, Azərbaycan son 20 ildə ən şərəfli dövrünü yaşayır. Ərazi bütövlüyü təmin edilib, eyni zamanda da əhalinin sosial rifahı və təhlükəsizliyi təmin olunub. Uzağa getməyək, haqqında bəhs etdiyimiz büdcəyə və parametirlərinə baxdıqda bu qənatimiz yüz faiz öz təsdiqini tapır. Cənab Prezident üçün ən önəmli bir məsələ də vətəndaşların sosial rifahıdır. Təsadüfi deyil ki, ən çox vəsait həm də sosial sahəyə ayrılır. Büdcənin düz 41 faizi bu sahəyə üçün ayrılıb. Bu da təxminən 17 milyard manat deməkdir. Eyni zamanda da 2024-cü il ilə müqayisədə götürsək, məbləğ 8.8 faiz artıb. Cənab Prezidentin tapşırığı ilə ikinci yerdə müdafiə və təhlükəsizlik məsələləri gəlir. Bu da 8.4 milyard manat təşkil edir. COP29 isə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan güclü dövlətdir, güclü lideri var. 13 gün Azərbaycan tarixinə qızıl hərflə yazıldı. Bütün bunları görməmək qəribədir.”

Elman Nəsirov qeyd edir ki, ayrı-ayrı kiçik, cılız məsələləri şişirtmək olmaz və eyni zamanda o, Milli Məclisin sədri Sahibə Qafarovanın mövqeyini dəstəklədiyini də bildirib:

“Eyni məntiqlə Milli Məclisin sədri Sahibə xanım Qafarova da reallığa adekvat olmayan, təhrif edilən məlumatlar səsləndirən, bizim dövlətçiliyimizin milli maraqları ilə üst-üstə düşməyən mövqe sərgiləyən deputatlara irad tutdu, onların mövqeyinə kəskin reaksiya verdi. Bildirdi ki, haqq-ədalətə söykənmək, ayrı-ayrı kiçik, cılız məsələləri şişirtmək olmaz. İlk növbədə bizim tarixi uğurlarımızı qiymətləndirmək lazımdır. Anti-Azərbaycan dairələrin bizim haqqımızda söylədiyi fikirlərlə üst-üstə düşən, həmhahənglik təşkil edə biləcək mövqedən uzaq durmaq lazımdır. Bu, kimlərə, hansı maraqlara xidmət edən çıxışlardır? Ona görə mən də hakim partiyadan seçilmiş deputat olaraq, hörmətli Sahibə xanım Qafarova ilə razılaşıram, mövqeyini dəstəkləyirəm. Hesab edirəm ki, bu mövqe ədalətə, haqqa söykənir, Azərbaycan milli maraqlarının ən yüksək səviyyədə müdafiə edilməsi mənafeyindən qaynaqlanır.

Xatırladaq ki, ötən gün Milli Məclisdə 2025-ci il büdcə müzakirəsi layihəsi zamanı bəzi deputatlar sosial siyasətlə bağlı tənqidi fikirlər səsləndirmişdi və bu da dövlətyönümlü dairələrdə birmənalı qarşılanmayıb.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Noyabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri