Icma.az
close
up
RU
YAPçı deputatdan 17 beynəlxalq təşkilatın bəyanatına reaksiya

YAPçı deputatdan 17 beynəlxalq təşkilatın bəyanatına reaksiya

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Avropa İttifaqının (Aİ) Bakıda COP29 iqlim konfransına qatılan liderləri siyasi ittihamlarla saxlananların məsələsini Azərbaycan hakimiyyəti qarşısında birbaşa qaldırmalı, onların azadlığa buraxılmasına çalışmalıdır”.

Gununsesi.info-nun xəbərinə görə, belə bir çağırışla noyabrın 6-da “Human Rights Watch” daxil olmaqla 17 beynəlxalq insan haqları təşkilatı çıxış edib.

Bəyanatda deyilir ki, son iki ildə Azərbaycan hökuməti tənqidçilərinə hücumu gücləndirib. Aİ indi COP29-un yaratdığı nadir beynəlxalq fürsətdən yararlanaraq açıq danışmalı, ölkədəki vətəndaş cəmiyyəti, müstəqil media, insan haqları müdafiəçiləri üçün konkret yaxşılaşmaya nail olmalıdır.

YAP-dan olan deputat Naqif Həmzəyev isə deyir ki, beynəlxalq təşkilatların bu bəyanatı COP 29-un mahiyyətinə uyğun gəlmir: “Biz adət etmişik ki, beynəlxalq nüfuzlu tədbirlər ərəfəsində Azərbaycana qarşı müxtəlif təzyiqlər, kampaniyalar olur. Bunu idman, incəsənət yarışlarında və sair tədbirlərdə görmüşük. COP29 iqlim dəyişikliyi konfransıdır. Bunu siyasiləşdirməyin özü doğru yanaşma deyil. Hesab edirlər ki, Azərbaycana təzyiq göstərib onun müstəqil siyasətini dəyişə bilcəklər, amma yanılırlar. Azərbaycanın XİN rəhbəri və digər rəsmi şəxsləri səviyyəsində dəfələrlə deyilib ki, biz müzakirəyə, dialoqa açığıq. Bunu BMT-də XİN rəhbəri də Avropa Şurasının baş katibi ilə görüşündə bəyan etdi. Amma əvəzində bizim iştirakımız olmadan AŞ PA-da əleyhimizə xüsusi müzakirə açdılar”.

Günay Mahirqızı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Noyabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see217

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri