Tənzilə Rüstəmxanlıdan Qərbi Azərbaycana qayıdışla bağlı TƏKLİF
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bu bir gerçəklikdir ki, prezidentimizin xeyir-duası ilə təsis edilmiş Qərbi Azərbaycan İcmasının fəaliyyətinin ilk gündən Qərbi Azərbaycana qayıdış və onun konsepsiyası bu gün Azərbaycan xalqının vahid ideologiyasına çevrilib".
Redaktor.az xəbər verir ki, bunu deputat Tənzilə Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirdi.
"AMEA-nın 80 illik yubileyində dövlətimizin başçısı qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunmasında əsas vəzifələrin dövlətin üzərinə düşdüyünü qeyd etməklə bərabər, eyni zamanda bu məsələdə bütün təşkilatların və qurumların da dəstək verməsinin zəruri olduğunu bildirdi. Bu mənada milli qanunvericiliyimizdə mövcud olan müvafiq qanunların, xüsusilə də 20 ildən artıq qəbul olunmuş qaçqın və köçkünlər, miqrasiya və digər müvafiq qanunların deportasiya, etnik təmizləmə və soyqırımı qurbanı olan qərbi azərbaycanlıların hüquqlarının, hüquqları baxımından, aspektindən yenidən ekspertiza olunması zərurətdir.
Milli Məclisin bu sahədə çalışan çox təcrübəli ekspertləri var, eləcə də parlamentin içərisində, parlament həmkarlarımın arasında beynəlxalq hüquq və eləcə də hüquq sahəsində tanınmış mütəxəssislər var və Milli Məclisin Qayıdış üzrə parlament təşəbbüs qrupunun da birgə və səmərəli əməkdaşlığı ilə bu problemin hüquqi tənzimlənməsi ilə bağlı çox əhəmiyyətli nəticələr əldə ediləcəkdir. Hesab edirəm ki, bununla biz beynəlxalq təşkilatlar qarşısında da qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı müəyyən məsələləri qaldıra bilərik", - deyə o qeyd etdi.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Dekabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















