Icma.az
close
up
RU
“Vəfa Nağı erməni dəyirmanına su töküb!” Tənzilə Rüstəmxanlıdan ETİRAZ

“Vəfa Nağı erməni dəyirmanına su töküb!” Tənzilə Rüstəmxanlıdan ETİRAZ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsveçli fəal Qreta Tunberq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirlən 29-cu sessiyasına (COP29) qarşı Tbilisinin mərkəzindəki Azadlıq meydanında etiraz aksiyası təşkil edib.

Aksiyaya bəzi erməni, gürcü və azərbaycanlı ictimai fəallar qatılıb. Onların arasında son parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Vəfa Nağı da olub.
Vəfa Nağının Azərbaycan əleyhinə keçirilən aksiyada ermənipərəstlərlə bir sırada dayanmağı ictimaiyyətdə etiraz doğurub. Sosial şəbəkələrdə də onun bu addımı pislənilib və ictimai fəal olaraq qınananılıb.


Milli Məclisin Neftçaladan seçilən deputatı Tənzilə Rüstəmxanlı Modern.az-a bildirib ki, Tbilisidəki mitinqdə iştirak edənlər, eləcə də Vəfa Nağı erməni dəyirmanına su töküb:
 

“Azərbaycanın əleyhinə olan, ölkəmizdə yalnız COP29 deyil, hər hansı böyük beynəlxalq tədbirlərin keçirilməsini istəməyən bu adamlar qələbələrimizə, zəfərimizə düşməncə baxan güclərin dəyirmanına su töküblər. O güclərin əlaltıları da Azərbaycandadır. Seçki marafonunda bunları gördüm. Arxalarında onları maliyyələşdirən,  Fəthullah Gülənin məktəbini qurtarmış, Azərbaycanın çörəyi və puluyla təhsil alıb indi Azərbaycanda hüquq sistemində çalışanların, vəkillik edənlərin hamısı bu qadının yanında idilər, onu müdafiə edirdilər. Nə qədər türk düşməni vardısa, bizim qarşımızdaydı. Bunların haradan maliyyələşdiyini, arxalarında kimlərin olduğunu bilirdik. BBC kimi böyük media qurumunun Azərbaycanın 125 dairəsində seçki getdiyi halda gəlib 3 gün Neftçalada oturub, bunları işıqlandırmasının səbəbi nəydi? Məqsəd, əlbəttə vardı: içimizdə yetişdirib, böyütdükləri sapı özümüzdən olan baltaları, kürəyimizə hər an saplana biləcək, bizdən görünüb, amma bizə düşmənçilik edən insanları işıqlandırmaq. Qarabağ müharibəsi başlayanda da, antiterror tədbirləri keçiriləndə də həmin şəxslər müəyyən addımlar atırdılar. Seçkidə onlara ayrılan qrantlar Gürcüstan üzərindən gəlirdi. İçəridən də onları maliyyələşdirənlər var".
 

Deputat vurğulayıb ki, dövlət belələri ilə ciddi məşğul olmalıdır:
 

"Bunların sığındıqları yalançı demokratiya və feminizmdir. Mən feminizmin bütün tarixini bilirəm. Bunlar feminizm nədir bilmirlər, heç əlaqələri belə yoxdur. Qadın azadlığı barədə anlayışları mövcud deyil. Bunların bir məqsədi var: Azərbaycan xalqına və dövlətinə düşmənçilik. Bir adamı ki erməni soyqırımını müdafiə edən, Hrant Dinkin "Aqos" qəzetinin yazarı dəstəkləyir, məqsəd bəllidir. Heç təəccüblənmədim. Bu türk və Azərbaycan dövlətinin düşmənləri ilə onsuz da mübarizə aparırıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri