Icma.az
close
up
RU
Tənzilə Rüstəmxanlının sakinlərlə görüşləri DAVAM EDİR FOTO

Tənzilə Rüstəmxanlının sakinlərlə görüşləri DAVAM EDİR FOTO

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müşaviri Tənzilə Rüstəmxanlı Neftçala rayonunun Tataraməhlə kəndində növbəti görüşünü keçirib. Görüşdə həmçinin Xıllı qəsəbəsi, Abasallı, Mirzəqurbanlı, Yuxarı Qaramanlı və Seyidlər kəndlərindən olan sakinlər iştirak ediblər.

Yenicag.az xəbər verir ki, millət vəkili görüş zamanı seçildiyi qısa müddət ərzində Neftçala rayonu üzrə gördüyü işlər, aidiyyəti qurumlar və Milli Məclisdə qaldırdığı məsələlər, eləcə də həlli tapmış müraciətlər barədə sakinlərə məlumat verib.

Görüşdə iştirak edən Xıllı qəsəbəsindən olan ağsaqqal Abdulhəsən Xəlilov Kür çayını keçərək 3 km məsafəni piyada qət edərək tədbirə gəldiyini bildirib. O, nəvəsinin hərbi xidmətdə aldığı zədədən sonra cəmi bir həftə ərzində tərxis olunmasına Tənzilə Rüstəmxanlının nail olduğunu vurğulayaraq, “Millət vəkili bax belə olar” sözləri ilə təşəkkürünü ifadə edib. Bu çıxış iştirakçılar arasında duyğusal anlar yaşadıb.

Bundan əlavə, sakinlər kəndin suvarma sisteminin köhnəlməsi, işsizlik, torpaq və əkin sahələrinin su təminatında yaşanan problemlər, elektrik xətlərindəki nasazlıqlar, yol və nəqliyyat məsələləri, sosial problemlər və hüquq-mühafizə orqanlarının fəaliyyətinə dair müxtəlif müraciətlərini səsləndiriblər. Deputat bu məsələlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib.

T. Rüstəmxanlı görüş çərçivəsində şəhid ailələri və qazilərlə də görüşərək onların müraciətlərini diqqətlə dinləyib. Problemlərin həlli üçün köməkçilərinə müvafiq tapşırıqlar verib. Deputat sakinlərin qaldırdığı məsələlərin həllini daim diqqətdə saxlayacağını vurğulayıb.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 24 Fevral 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri