Tənzilə Rüstəmxanlının Neftçala sakinləri ilə görüşləri davam edir FOTO Yeni Çağ Media
Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının Neftçala sakinləri ilə görüşləri davam edir.
Yenicag.az xəbər verir ki, növbəti görüş rayonun Qoltuq kəndində keçirilib. Kənd məsçidində baş tutan görüşdə millət vəkili sakinləri qəbul edib.
T. Rüstəmxanlı onların qayğıları, üzləşdiyi problemlərlə maraqlanıb, hər birini ayrı-ayrılıqda dinləyərək müvafiq tədbirlərin görülməsi üçün qeydlər aparılıb.
Deputat həmişə olduğu kimi, yenə də şəhid və qazi ailələrinə xüsusi diqqət yetirib, onlara həlli lazım olan məsələlərdə köməklik göstərəcəyinə söz verib.
Daha sonra görüş içtirakçıları kənd məscidinin təmir olunmasından məmnunluqlarını bildiriblər. Məsciddə namaz qılınıb, dualar oxunub.
Sonda kənd sakinləri Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə Neftçala rayonu Qoltuq kəndinin məscidinin əsaslı təmir edilməsinə və göstərilmiş yardımlarla bağlı deputata dərin təşəkkürlərini ifadə ediblər.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 03 Yanvar 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















