Icma.az
close
up
RU
Təqaüd bərpasına kömək vədi dələduzluğa çevrildi Məhkəmə qərarı

Təqaüd bərpasına kömək vədi dələduzluğa çevrildi Məhkəmə qərarı

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunda əlillik dərəcəsi ilə bağlı təqaüdün bərpa edilməsi ilə bağlı vətəndaşa qarşı dələduzluq edilib. 
Demokrat.az-
ın əldə etdiyi xəbərə görə, Şuşa rayon sakini, 1982-ci il təvəllüdlü Emin tanışı Rəhimin etibarından sui-istifadə edərək onun həyat yoldaşının dayandırılmış təqaüdünü bərpa etdirəcəyini yalandan vəd verib. 
O, 12 noyabr 2022-ci ildə Mehdiabad qəsəbəsi Qarant şəhərciyi, 2 saylı binanın qarşısında Rəhimdən 1500  manat alıb. 
Eminin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Rəhimi təxminən 2 il müddətdir tanıyır: 
“Rəhimi mənimlə Namiq adlı şəxs tanış etmişdi. 2022-ci ilin noyabr ayında Rəhim mənə müraciət edərək həyat yoldaşının pensiyasının kəsilməsini, bununla əlaqədar onun pensiyasının bərpa edilməsinə köməklik göstərilməsini xahiş etdi. Mən də ona köməklik edə biləcəyimi bildirdim. Bununla əlaqədar tanışlarım ilə əlaqə saxladım, bu məsələni soruşdum. Mənə bildirdilər ki, təqaüdün alınması üçün lazım sənədləri düzgün toplayaraq təqdim etsəm, təqaüdü bərpa edə bilərlər. Buna görə də Rəhimlə əlaqə saxladım və ona işi həll edə biləcəyimi bildirdim. İşin həll edilməsinin qarşılığında ondan 1500 manat istədim. Rəhim razı olaraq bir neçə günə mənimlə görüşəcəyini və pulu mənə verəcəyini bildirdi”. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin noyabr ayında dəqiq bilmədiyi tarixdə Rəhim onunla zəngləşib və  pulu hazırladığını bildirərək görüşməyi deyib: “Həmin günü Mehdiabad qəsəbəsində Qarant şəhərciyində görüşdük. Rəhimdən əlbəəl nağd formada 1500 manat aldım. Rəhimə işin həllini söz versəm də, lazım olan sənədləri toplaya bilmədim. Onun verdiyi pulu da öz şəxsi problemlərimə xərclədim, ona qaytarmadım. Rəhimin həyat yoldaşının işi alınmadığı üçün pulunu geri tələb etməyə başladı. Rəhimə pulunu qaytaracağımı desəm də, pulu qaytara bilmədiyimdən barəmdə şikayət etdi”. 
Eminin ifadəsinə görə, 2024-cü ilin avqust ayında Rəhimə 180 manat, həmin ilin sentyabr ayının 8-də isə 220 manat verib: 
“Rəhimdən 1500 manat almışam. Törətdiyim əməldən peşmanam. Ona vurduğum ziyanın 1100 manat hissəsində sonradan ödəmişəm”. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Eminin barəsində təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə zalında həbsdən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri