Icma.az
close
up
RU
30 Dəqiqə kampaniya necə 78 milyon dollarlıq məhkəmə iddiasına çevrildi?

30 Dəqiqə kampaniya necə 78 milyon dollarlıq məhkəmə iddiasına çevrildi?

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Domino's pizza” həvəskarlarına 30 dəqiqəlik çatdırılma vədi ilə illərdir zirvədədir. Fikir versəniz, illərdir televiziya və sosial şəbəkələrdə bu kampaniyanı reklam edən şirkət son illər bu mövzuda kifayət qədər susur. Bunun arxasında 78 milyon dollarlıq məhkəmə iddiası dayanır.

Bəs bu cəsarətli zəmanət şirkətə necə baha başa gəldi? 

Sfera.az məhkəmə salonlarında sona çatan kampaniyanın arxasında duran maraqlı hadisəni sizə təqdim edir.

“Domino's Pizza” 1960-cı ildə Tom Monaghan tərəfindən təsis edilib. 1970-ci illərə qədər Monaghan, müştərilərinə "yarım saata çatdırılma və ya yarım dollar endirim" vəd edərək biznesinin genişlənməsini sürətləndirməyi planlaşdırırdı.

Bu zəmanət markanı sürətli çatdırılma ilə əlaqələndirərək böyük diqqət çəkdi.

1979-cu ildə “Domino's” çatdırılma müddətini daha da iddialı etdi və "30 dəqiqə ərzində çatdırılmadıqda pulsuz" zəmanətini təqdim etdi. Müştərilər ya pizzalarını tez alır, ya da pulsuz yeyirdilər.

Yeni vəd, “Domino's”un 1980-ci illərdə 5000 mağazaya çatması ilə markanın güclü böyüməsinə təkan verdi. Ancaq bu zəmanət baha başa gəldi.

“Domino's”un 30 dəqiqəlik çatdırılma təkanları ciddi nəticələr verməyə başlayıb. 1980-ci illərdə çatdırılma müddətlərini yerinə yetirməyə çalışan kuryerlər sürət həddini aşmağa və qəzalara səbəb olmağa başladılar.

Qəzalarda 20-dən çox adam ölüb, yüzlərlə insan yaralanıb. Şirkət müştəri məmnuniyyəti üçün qoyduğu bu limitlə bir çox insanın həyatını təhlükəyə atıb.

1993-cü ildə St. Sent-Luisdə “Domino's” sürücüsü tərəfindən vurulan Jean Kinder şirkəti məhkəməyə verib və 78 milyon dollar təzminat alıb. Bu iddia “Domino's”un "30 dəqiqə ərzində çatdırılma" zəmanətini ləğv etməsinə səbəb olub.

Şirkətin qurucusu Tom Monaghan, böyük cəzadan sonra zəmanəti tamamilə ləğv edərək siyasətə son verdiklərini açıqlayıb.

Amerikada çatdırılma zəmanətini qaldıran “Domino's”, bəzi ölkələrdə 30 dəqiqəlik sürət mövzusunu davam etdirə biləcəyini düşündü.

Məsələn, Türkiyə saytındakı məlumata görə, bu kampaniya ölkədə hələ də qüvvədədir, lakin təbii ki, müəyyən şərtlər var.

Ancaq bunun nə qədər həyata keçirildiyi məlum deyil.

Xanım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 Noyabr 2024 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri