Icma.az
close
up
RU
Təqaüdçülər üçün ictimai nəqliyyatda yeni sistem hazırlanır

Təqaüdçülər üçün ictimai nəqliyyatda yeni sistem hazırlanır

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılması məsələsi Milli Məclisdə də müzakirə olunub. Deputat Fazil Mustafa çıxışı zamanı deyib ki, qiymət dəyişikliyi iqtisadi baxımdan anlaşılan olsa da, əsas diqqət sərnişinlərin rahatlığına və xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir. O vurğulayıb ki, şəhid ailələrinin övladlarına və təqaüdçülərə əlavə güzəştlərin tətbiq edilməsi vacibdir. Deputatın fikrincə, bu yanaşma sosial ədaləti gücləndirməklə yanaşı, gənclərin cəmiyyətə inteqrasiyasına da müsbət təsir göstərə bilər.

Maraqlıdır, belə bir güzəşt mexanizmi yaradıla bilərmi?

Məsələ ilə bağlı danışan iqtisadçı Emin Qəribli News24.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda qiymət artımı qaçılmaz bir prosesdir, lakin bu artım zamanı həssas təbəqələr nəzərə alınmalıdır:

"Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Onun sözlərinə görə, əsas məqsəd bu artımın idarəolunan və ədalətli şəkildə tətbiq edilməsidir. Ümumiyyətlə, ictimai nəqliyyatda diferensial qiymət sistemi tətbiq olunmalıdır. Çünki ölkəyə hər il minlərlə turist gəlir və onların ödədiyi məbləğlə yerli əhalinin ödədiyi gedişhaqqı eyni olmamalıdır. Turistlər üçün 1 manat belə kifayət qədər ucuz hesab edilə bilər, lakin cəmiyyətin həssas təbəqələrinə - tələbələrə, təqaüdçülərə, şəhid ailələrinin üzvlərinə və digər sosial qruplara güzəştlərin verilməsi daha ədalətli yanaşma olar".

O bildirib ki, bu praktika bir çox Avropa ölkələrində mövcuddur:

"Məsələn, qonşu Rusiya və Türkiyədə də diferensial qiymət siyasəti tətbiq olunur, müxtəlif sosial qruplara xüsusi güzəştlər təqdim edilir. Bu isə həm sosial ədalətin qorunmasına, həm də əhalinin müxtəlif təbəqələrinin ictimai nəqliyyatdan daha rahat və əlçatan formada istifadəsinə imkan yaradır".

Emin Qəribli əlavə edib ki, Azərbaycanda da bu istiqamətdə təsnifatlaşdırma aparılmalı, sistem halına salınaraq idarə olunmalıdır:

“Bu düzgün yanaşmadır və hesab edirəm ki, yaxın gələcəkdə belə bir mexanizmin hazırlanaraq istifadəyə verilməsi ictimai nəqliyyatın keyfiyyətinə və əhalinin məmnunluğuna müsbət təsir göstərəcək. Bildiyimə görə artıq bu sahədə işlər aparılır, amma konkret nə zaman yekunlaşacağı dəqiq deyil”.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri