Icma.az
close
up
RU
Təranə Məmməd “Əbədiyyətə qədər”dən yazdı

Təranə Məmməd “Əbədiyyətə qədər”dən yazdı

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Çox hörmətli yazıçımız Şövkət xanım Horovlunun “Əbədiyyətə qədər” romanını hisslərə qapılmadan, hətta kövrəlmədən oxumaq çətindir. Romanın təsiri altında yazdıqlarımı sizinlə bölüşmək istədim.

Şövkət Zərin Horovlu 1941- ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. İxtisasca filoloqdur.

1977-1980-cı illərdə Əfqanıstanda yaşayıb. Müasir nəsrimizə Qarabağ mövzusunda yazdığı bir çox roman və povestlər bəxş edib. Onun “Arazdan gələn səslər” romanı 2010-cu ildə Mahmud Kaşğari adına Beynəlxalq Ədəbiyyat fondunun mükafatına layiq görülüb və ilin romanı elan edilib. Şövkət xanım həmçinin poeziya sahəsində Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatların laureatıdır.

Tərifini dəqiq ifadə etməkdə həmişə çətinlik çəkdiyimiz sevgi, demək olar ki, bütün ədəbi əsərlərin əsas mövzularından biridir. Hətta fantastik əsərlərin əsasını çox vaxt canlılara xas olan bu hiss təşkil edir. Müəllifin hansı cinsə aid olmasından asılı olmayaraq, əsərlərdə eşq macəraları məharətlə təsvir edilir. Bəzən xöşbəxt, bəzən kədərli sonluqla bitən əsərlər həmişə böyük həyacan və maraqla oxunur.

Qeyd etmək istərdim ki, şərq ədəbiyyatında sevgi, məhəbbət dastanları xüsusi incəliklə, qadın gözəlliyinin müəyyən üsullarla tərənnümü ilə və xalqların mental xüsusiyyətləri nəzərə alınmaqla yaranır.

Müasir dövrdə Leyli və Məcnunlar, Əsli və Kərəmlər olmasa da Azərbaycan ədəbiyyatında həqiqi, əbədi sevgini tərənnüm edən yüzlərcə gözəl əsər mövcuddur.

Hörmətli yazıçımız Şövkət Zərin Horovlunun ustalıqla qələmə aldığı “Əbədiyyətə qədər” romanı məhz belə əsərlərdəndir.

Müəllifin özünün dediyinə görə, vaxtilə əsər oxucular, tənqidçilər və xüsusi ilə yüksək təbəqəli şəxslər tərəfindən birmənalı qarşılanmayıb.Əsərdə yer almış bəzi acı həqiqətlər çətinliklə qəbul edilib.

Romanın əsas qəhramanı Nihad, nazir oğludur. Onun dünya görüşünün və ölkədə baş verən hadisələrə münasibətinin çox fərqli olması oxucuda xüsusi maraq doğurur, könüllü olaraq Qarabağın azadlığı uğrunda müharibəyə yollanması isə ona qarşı rəğbəti daha da artırır. Çəbhədə “Nazir oğlu”kimi tanınan Nihad, vətənini, doğma Qarabağı canından çöx sevdiyini dəfələrlə təsdiq edir.

İllərin təcrübəsi göstərir ki,vətəni sevən insanlar çox mətin, iradəli, dönməz, etibarlı olurlar. Doğrusu, romanın ilk səhifələrindən Nihadın vətən sevdalısı olmasına baxmayaraq ailəsində zəif, öz sözünü deyə bilməyən biri kimi təqdim edilməsi mənə bir qədər anlaşılmaz göründü və öz düşüncələrimdə yanıldığımı zənn etdim. Lakin əsərin qadın qəhramanı olan Mehinin mərdliyini, dönməzliyini, eşqində sadiqliyini gördükdə bir daha əmin oldum ki, vətənpərvərlik hissini qəlbində yaşadan insana həmişə güvənmək olar.

Canını vətən yolunda qurban verməyə hazır olan, ilk məhəbbəti olmuş Mehini dəlicəsinə sevən, lakin ailəsinin təkidi ilə ondan imtina edib başqası ilə ailə quran nazir oğlu və kasıb bir ailənin qızı arasında yaşanan, “əbədiyyətə qədər” uzanan bu məhəbbət əfsanəsi dillərdə dastan olacaq qədər təsirli və maraqlıdır.

Qeyd etdiyim kimi,əsərin müəllifi qadındır və onun qadın olaraq Nihadın hisslərini, ürəyindən, qəlbindən keçənləri bu qədər dəqiqliklə təsvir etməsi oxucunu yaxşı mənada heyrətləndirir.

Əsərin yazılış üslubu da fərqlidir. Müəllif baş verənlərin çoxunu oxucuya məktublar vasitəsi ilə çatdırır və oxucu həmin məktubları dayanmadan oxuyub hadisələrin gedişatını izləyir, sonda nələr olacağını səbirsizliklə gözləyir.

Deyirlər, bir-birinə qovuşmayan sevənlərin eşqi daha güclü olur və onlar mütləq bir zaman əbədiyyətə qovuşarkən rastlaşırlar. “Əbədiyyətə qədər” adlı bu maraqlı romanın qəhramanlarının da nə zamansa məhz başqa bir dünyada görüşəcəkləri ümidi ilə ayrılır oxucu əsərdən…

Romanı oxumağı tövsiyə edərdim. Fikirləriniz maraqlı olardı.

“Əbədiyyətə qədər” adlı romanın müəllifi, ədəbiyyatımızın nüfuzlu yazıçısı Şövkət Horovluya möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzu edib onun yeni əsərlərini gözləyirəm.

Təranə Məmməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Avqust 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri