Icma.az
close
up
RU
Terapevt: Qida zəhərlənməsi yayda çox təhlükəlidir

Terapevt: Qida zəhərlənməsi yayda çox təhlükəlidir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 İnsanı iflic edə, hətta ölümə də səbəb ola bilər


“İsti havalarda yağlı yeməklər məsləhət deyil, yağlı yeməkdən sonra soyuq su içmək, soyuq halda nəsə qəbl etmək, dərhal meyvə qəbul etmək bağırsaq pozğunluğuna səbəb olur”



Bakıda gənc qız zəhərlənmədən vəfat edib. Sherg.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 5 radələrində baş verib. Məlumata görə, Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib. D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib. Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər. Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib. Faktla bağlı araşdırmalar aparılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında isə qeyd edilir ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib: "Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".


Terapevt Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, ölümün səbəbi dəqiq bilinmədiyindən konkret fikir söyləmək çətindir. Lakin havaların artıq kifayət qədər isti keçdiyi nəzərə alınaraq insanlar qidalanmalarına ciddi diqqət etməlidirlər: 


- Havalar artıq isti keçir, belə havalarda doğru qidalanma əsas şərtdir. Hazırda meyvələrin bol olduğu mövsümdür. Amma bütün meyvələrin mövsümü deyil. Biz bilmirik mərhum həqiqətən qarpızdan zəhərlənib, yainki hansısa digər səbəb olub, lakin indi qarpız, yemiş mövsümü deyil. Qarpız,yemiş bostan meyvələridir və onların yetişmə dövrü avqust ayı hesab olunur. İndi vəziyyət elədir ki hətta yanvar,fevral aylarında da satışda  qarpız da olur, istənilən digər meyvə də. Sadəcə, insanlarımız bilməlidir ki, hər meyvə öz mövsümündə yeyilməlidir. Bazara çıxarmaq üçün hər cür meyvəni vaxtından əvvəl yetişdirirlər və butada sözsüz ki kimyəvi əlavələr rol oyanır. Qarpız və yemişin tərkibində nitrat maddəsinin miqdarı çox olduqda zəhərlənmə verə bilir. Qida zəhərlənməsi çox təhlükəlidir. İnsanı iflic edə, hətta ölümə də səbəb ola bilər. İsti havalarda yağlı yeməklər məsləhət deyil. yağlı yeməkdən sonra soyuq su içmək, soyuq halda nəsə qəbl etmək, dərhal meyvə qəbul etmək bağırsaq pozğunluğuna səbəb olur. Meyvə-tərəvəzlər alınıb evə gətrildikdə mütləq yaxşı-yaxşı yuyulmalıdır. Üzərlərində müxtəlif bakteriyalar ola bilər.  Uzun müddət soyuducuda saxlanan meyvə-tərəvəzi, eləcə də qarpızı yemək təhlükəlidir. Soyuducuda uzun müddət qalan qidaların tərkibində dəyişiklik baş verir, bu da zəhərlənməyə səbəb olur. Məsləhət görürük, yeməkdən sonra insanlar özündə halszılıq, başgicəlləməsi, ürəkbulanması hiss edirsə, dərhal təcili yardıma müraciət etsinlər. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyun 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri