Havanın kəskin dəyişməsi kimlər üçün təhlükəlidir? Terapevt AÇIQLADI
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
"Havanın temperaturunun qısa müddətdə kəskin dəyişməsi ürək-damar və tənəffüs sistemi ilə bağlı problemləri ağırlaşdıra bilər. Bu, orqanizmin istilik balansını və qan dövranını tənzimləməsinə əlavə yük yaradır".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir QuliyevBakıvaxtı.az-a açıqlamasında deyib.

Terapevt Zakir Quliyev
Onun sözlərinə görə, qəfil soyuq damarların daralmasına və qan təzyiqinin yüksəlməsinə, isti hava isə damarların genişlənməsinə, maye itkisinə və təzyiqin enməsinə səbəb ola bilər:
"Bu dəyişikliklər xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün risklidir. Soyuq hava astma və xroniki ağciyər xəstəlikləri olan şəxslərdə öskürək, xırıltı və nəfəs darlığını artıra bilər. Qəfil istiləşmə isə susuzlaşma, halsızlıq, ağır hallarda isə istilik vurması ilə nəticələnə bilər".
O, yaşlıların, körpələrin, hamilələrin və xroniki xəstəlikləri olan şəxslərin temperatur dəyişikliklərinə qarşı daha həssas olduğunu diqqətə çatdırıb:
"Hər temperatur dəyişikliyi mütləq xəstəlik yaratmır. Risk temperatur fərqinin dərəcəsindən və həmin şəraitdə qalma müddətindən asılıdır. Qorunmaq üçün havaya uyğun geyinmək, isti havalarda kifayət qədər su içmək və ağır fiziki fəaliyyəti azaltmaq tövsiyə olunur. Sinə ağrısı, ciddi nəfəs darlığı, huşun itirilməsi və ya çaşqınlıq yaranarsa, təcili tibbi yardıma müraciət etmək lazımdır".
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 Oktyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















