Tərbiyəçi yatırda bilmədiyi uşağı zibil qabına atdı Cəzasız qaldı VİDEO
Icma.az, Bakupost saytına istinadən bildirir.
ABŞ-ın Homewood şəhərində uşaq bağçası işçisi dörd yaşlı uşağı yatmadığı üçün zibil qutusuna atıb.
Bakupost.az xəbər verir ki, bu barədə ABC 7 məlumat yayıb.
Hadisə yanvarın ortalarında baş verib. Uşaq bağçadan evə qayıdarkən bu barədə valideynlərinə danışıb.
Bundan sonra valideynlər bağça rəhbərliyindən müşahidə kameralarının görüntülərinə baxmağı tələb ediblər. Məlum olub ki, uşaq yalan danışmayıb, tərbiyəçi doğrudan da yatıra bilmədiyi üçün onu zibil qutusuna atıb.
Uşağın anası qeyd edib ki, görüntüləri izləyərkən ağlamağa başlayıb. O, polisə müraciət edib, lakin polis tərbiyəçinin hərəkətlərindən uşağın xəsarət almadığını əsas gətirərək heç bir tədbir görməyib.
Günahkar işçi işdən çıxarılıb. O, öz hərəkətlərinə zarafat kimi haqq qazandırmağa çalışıb. Uşağın valideynləri isə artıq yeni bağça axtardıqlarını bildiriblər.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















