Icma.az
close
up
RU
“Tərəflər qarşılıqlı etimadın bərpasına xüsusi önəm verir” ŞƏRH

“Tərəflər qarşılıqlı etimadın bərpasına xüsusi önəm verir” ŞƏRH

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"İranın xarici işlər nazirinin Bakıya səfəri və cənab Prezidentlə görüşü Azərbaycan–İran münasibətlərində yeni mərhələnin başlandığını göstərən mühüm siyasi jestdir. Son illərdə iki ölkə arasında müəyyən gərginliklər müşahidə olunurdu, lakin bu səfər göstərdi ki, həm Bakı, həm də Tehran münasibətləri normallaşdırmaq və əməkdaşlığı daha konstruktiv müstəviyə keçirməkdə maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, burada əsas məqam odur ki, regionda geosiyasi dinamika dəyişdikcə, ölkələr öz xarici siyasət prioritetlərini daha rasional şəkildə yenidən qurmağa çalışırlar: "Səfərin diplomatik tonu və bəyanatların məzmunu göstərir ki, tərəflər qarşılıqlı etimadın bərpasına xüsusi önəm verir. İran üçün Azərbaycanla münasibətlərin sabit olması həm regiondakı nüfuzu, həm də sərhəd təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan üçün isə İranla konstruktiv dialoq həm regional nəqliyyat layihələrində, həm də enerji və ticarət sahələrində mühüm imkanlar yaradır. Bu baxımdan Zəngəzur dəhlizi, alternativ marşrutların inkişafı və sərhədyanı əməkdaşlıq iki ölkə üçün prioritet istiqamətlərdən biri kimi ön plana çıxır.

Bundan əlavə, əməkdaşlığın genişlənməsi təkcə siyasi deyil, iqtisadi müstəvidə də mühüm nəticələr verə bilər. Xüsusilə, ticarət dövriyyəsinin artırılması, sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi və enerji sahəsində koordinasiya iki ölkənin qarşılıqlı fayda əldə etməsinə şərait yaradır. İranın regional proseslərdə aktiv mövqe nümayiş etdirməsi, Azərbaycanın isə postsülh dövründə sabitlik və əməkdaşlıq platforması formalaşdırması tərəfləri daha praqmatik münasibətlərə sövq edir. Səfərin mühüm mesajlarından biri də regionda yeni qarşıdurmaların qarşısının alınması və diplomatiyanın ön plana çıxmasıdır. Bu, həm iki ölkənin, həm də regional güclərin maraqlarına uyğundur. Real vəziyyət göstərir ki, Bakı və Tehran ziddiyyətləri dərinləşdirmək yox, idarə edilə bilən münasibətlər qurmaq xəttini seçiblər. Bu isə gələcək əməkdaşlıq üçün ciddi perspektivlərin mövcud olduğunu deməyə əsas verir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Dekabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri