Icma.az
close
up
RU
Tərəflər birbaşa atəşkəsə gedə bilməsə, mərhələli razılaşmalar vasitəsilə mövcud gərginlik azaldıla bilər

Tərəflər birbaşa atəşkəsə gedə bilməsə, mərhələli razılaşmalar vasitəsilə mövcud gərginlik azaldıla bilər

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

"İran rəhbərliyi ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazırdır". Bu barədə “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb. Tehranın şərtlərindən biri İsrailin zərbələrini dayandırmaqdır. “The Washington Post” yazır: "İran rəsmiləri vasitəçilərə ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazır olduqlarını bildiriblər, lakin ilk növbədə İsrailin hücumlarını dayandırmasını istəyirlər". Nəşr həmçinin əlavə edir ki, Oman və Qətər danışıqlar prosesinin başlanmasını dəstəkləyir. Bu arada İsrail Müdafiə Qüvvələri İranın qərbindəki hərbi obyektlərə yeni silsilə irimiqyaslı zərbələr endirdiyini açıqlayıb.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu bəyan etməsi gərgin fonda diqqətəlayiq siyasi jestdir: “Bu, bir tərəfdən real diplomatik iradənin ifadəsi ola bilər, digər tərəfdən zaman qazanmaq üçün taktiki manevr kimi qiymətləndirilə bilər. Tehranın İsrailin hava zərbələrinin dayandırılması şərtini irəli sürməsi onun təhlükəsizlik baxımından prioritetlərini ortaya qoyur. İran müharibə mühitində nüvə danışıqlarını aparmağın mümkün olmayacağını göstərmək istəyir. Beynəlxalq aləmdə bu təklif rəqabət yox, dialoq imkanının hələ də yaşadığını nümayiş etdirir. Bu, Vaşinqton administrasiyası üçün həm sanksiyaları saxlamaq, həm də diplomatik nəzarəti bərpa etmək şansı ola bilər. İranın tam şəkildə nüvə silahından imtina etməsi üçün etimadın bərpası, texniki monitorinq və siyasi zəmanətlər vacibdir. Sadəcə bəyanatlar kifayət deyil – mexanizmlər lazımdır”.

Tural İsmayılov

Politoloqun fikrincə, bu müharibənin sonu yaxın və sadə görünmür.

“Əgər tərəflər birbaşa atəşkəsə gedə bilməsə, mərhələli razılaşmalar vasitəsilə gərginlik azaldıla bilər. Sonda diplomatiya yenə masaya qayıdacaq – çünki hərbi üstünlük heç bir tərəf üçün tam zəfər vəd etmir. Enerji bazarları, regional sabitlik və böyük güclərin maraqları bu münaqişənin tezliklə bitməsini zəruri edir. İran, İsrail və ABŞ hər biri qarşılıqlı itkilər fonunda diplomatiyanın dəyərini daha yaxşı anlayır. Gedişat hələ də qaranlıqdır, lakin ümid qapısı açıqdır. Diplomatiya işləyərsə, bu müharibə yeni soyuq müharibəyə yox, yeni dialoq mərhələsinə çevrilə bilər. Amma bu proseslər vaxt, siyasi iradə və qarşılıqlı güzəştlər tələb edir. Həssas mərhələdəyik – nə sülh, nə də müharibə hələ tam üstünlük qazanmayıb”-deyə Tural İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 İyun 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri