Icma.az
close
up
RU
“TƏRƏFLƏRİN CƏBHƏDƏKİ FƏALLIĞI ONU GÖSTƏRİR Kİ...” Pasxaya qədər atəşkəs ehtimalı artır

“TƏRƏFLƏRİN CƏBHƏDƏKİ FƏALLIĞI ONU GÖSTƏRİR Kİ...” Pasxaya qədər atəşkəs ehtimalı artır

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, ABŞ-nin Ukraynadakı müharibəni dayandırmaq planları barədə yazan Qərb mətbuatı atəşkəs razılaşmasının xristianların Pasxa bayramına qədər əldə olunmasının hədəfləndiyini qeyd edir. Artıq həmin bayrama təxminən 3 həftə qalır. Lakin cəbhədə döyüşlər səngimək əvəzinə daha da şiddətlənməkdədir…

“AzPolitika” xəbər verir ki, “The Telegraph”-a müsahibə verən tanınmış britaniyalı hərbi analitik, Britaniya SAS-ın keçmiş zabiti Tim Kollinzin fikrincə, cəbhədə aktivliyin artması atəşkəsin Pasxaya qədər əldə olunmasına dair ehtimalları gücləndirir. Onun dediyinə görə, hər iki tərəf fəal hərbi əməliyyatların yaxın gələcəkdə dayandırılacağı kimi davranır. Tərəflərin cəbhədəki fəallığı onu göstərə bilər ki, həm Kiyev, həm də Moskva hərbi əməliyyatların dondurulacağını gözləyir və həmin ana qədər bacardıqca irəliləyiş əldə etməyə çalışırlar.

Mütəxəssis qeyd edib ki, Ukrayna qoşunlarının Rusiyanın Belqorod vilayətinin sərhəd bölgəsindəki fəaliyyəti xüsusi diqqət cəlb edir. Burada onun məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Qərb zirehli maşınlarını riskə atmaqdan qorxmur: "Bu əməliyyat keçən il Kurskun genişmiqyaslı işğalından daha kiçik miqyaslıdır, lakin əməliyyat irəliləməkdədir. Yüksəklikləri ələ keçirməklə bir neçə kəndi təhlükə altına alan Ukrayna qüvvələri Rusiya işğalçı qüvvələrini digər hissələrdən buraya cəlb edə bilir. Məqsəd də bu ola bilər. Alternativ olaraq kəşfiyyat aparıla bilər ki, cəbhə xəttinin zəif nöqtələri tez bir zamanda tapılsın və oraya daha ağır qüvvələr yeridilsin”.

Kollinz həm də nəyin bahasına olursa-olsun, mümkün qədər Ukrayna ərazisini ələ keçirməyə çalışan və buna görə də itkiləri nəzərə almayan rusların fəallığını artırdığını görür: "Bütün bunlar Pasxa ərəfəsində atəşkəsin getdikcə daha çox ehtimal olunan perspektivinə işarə edir. Son tarix yaxınlaşdıqca hər iki tərəf danışıqlar masası arxasında mövqelərini möhkəmləndirmək üçün ərazilər ələ keçirməyə can atır".

Qeyd edək ki, Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətindəki əməliyyatından şikayətlənir. Ukrayna tərəfi bu barədə susur. Ukrayna Baş Qərargahı ordunun Belqorod vilayətində gedən döyüşlərdə iştirakını təsdiqləməsə də, Rusiya ordusunun bu ərazidəki qərargahının məhv edildiyini bəyan edib.

Rusiya Müdafiə Nazirliyi sərhəddəki döyüşlər barədə məlumat verib və bəyan edib ki, Ukrayna bölmələri Demidovka və Prilesye yaşayış məntəqələri istiqamətində irəliləməyə çalışır. Rusiyalı “Z-bloqer”lərin məlumatına görə isə, bir neçə gün əvvəl Ukrayna qüvvələri Belqorodun Demidovka kəndini artıq işğal edib. Sonradan ruslar qonşu Popovka kəndinin də itirildiyini qeyd ediblər.

Bütün bunlar əslində, atəşkəs perspektivi barədə birmənalı nəticə çıxarmağı çətinləşdirir. Hərbi əməliyyatların aktivləşməsi həm yaxın zamanda danışıqalr masası ətrafında tərəflərin öz əllərini möhkəmləndirməsi cəhdindən, həm də sadəcə, müharibənin davam edəcəyindən xəbər verə bilər…

C.Məmmədov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Mart 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri