Icma.az
close
up
RU
Pasxaya qədər dünyada nələr dəyişəcək?

Pasxaya qədər dünyada nələr dəyişəcək?

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqtonun münaqişənin həlli üçün təyin etdiyi vaxtı “iddialı, amma qeyri-real” adlandırıblar

ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa rəsmilərinin aprelin 20-də Pasxa bayramına qədər Ukraynada atəşkəsə nail olacağına ümid etdiyini bildirib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

2025-ci ildə katoliklər və pravoslavlar Pasxa bayramını eyni gündə qeyd edəcəklər. Səudiyyə Ərəbistanının Ukrayna ilə bağlı danışıqları ilə tanış olan bir neçə rəsmi Vaşinqtonun münaqişənin həlli üçün təyin etdiyi qrafiki “iddialı və potensial olaraq qeyri-real” adlandırıb. Nəşrin mənbələrindən birinə görə, ən çox ehtimal olunan perspektiv Ukrayna münaqişəsinin ilin sonuna kimi nizamlanmasıdır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “TRT World” telekanalına müsahibəsində bildirib. Avropa liderlərinin Ukrayna ilə bağlı danışıqlarda Aİ ilə məsləhətləşmələrin zəruriliyindən danışarkən haqlı olduqlarını deyib. O əlavə edib ki, Türkiyə də bu danışıqlarda iştirak etməlidir, lakin çox vaxt prosesdə iştirak hüququ lazımi səviyyədə tanınmır. Pasxaya qədər dünya dəyişə bilərmi?

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, siyasi təhlilçi Rəşad Bayramov aprelin sonuna qədər atəşkəsin əldə olunma ehtimallarını zəif sayır: “Trampın hakimiyyətə qayıdışı və qısa vaxt ərzində atdığı addımlarla dünya artıq dəyişir. İstanbul sammitindən sonra bir masa arxasında oturmayan tərəflərin indi danışıqlara hazır olduqlarını deməsi də əslində özü-özlüyündə bir dəyişiklikdir. Amma indiki halda aprelin sonuna qədər atəşkəsin əldə olunması ehtimalı olduqca zəifdir. Tramp hər nə qədər uzun-uzadı danışıqlar tərəfdarı olmasa da və məsələlərin tez bir şəkildə təzyiq yolu ilə həllinin tərəfdarı kimi çıxış etsə də, keçən üç il ərzində tökülən qanlar, beynəlxalq oyunçuların maraqları, münaqişə tərəflərinin bir-birindən xeyli uzaq olan tələbləri razılaşmanın elə də asan əldə edilməyəcəyini göstərir. İndi hələ ki danışıqlar ABŞ və Rusiya arasında keçirilir. Bu danışıqlarda Rusiyanın tələbləri bir daha gözdən keçiriləcək, nə qədər güzəştə gedə biləcəyi müəyyənləşdiriləcək. Daha sonra böyük ehtimalla ABŞ-Ukrayna danışıqlarına şahidlik edəcəyik. İndi hər nə qədər danışıqların Ukrayna olmadan aparılması haqqında danışılsa da əslində bu belə deyil. Ukrayna tərəfi mütləq şəkildə dinləniləcək, onların istəkləri öyrəniləcək. Bundan sonra artıq üçlü formatda ABŞ-Rusiya-Ukrayna danışıqlarına şahidlik edə bilərik. Paralel olaraq Avropa İttifaqı və NATO ölkələri ilə də danışıqların aparılması ehtimalı yüksəkdir. Çünki Ukrayna müvafiq təhlükəsizlik zəmanəti istəyir və bu zəmanəti də təkcə ABŞ-dan yox, həm də Avropadakı tərəfdaşlarından istəyir. Yəni gördüyümüz kimi, bir neçə mərhələli danışıqlar gözlənilir ki, bunu da iki ay ərzində etmək faktiki olaraq mümkünsüzdür. Pasxaya qədər müharibənin dayandırılması ancaq o zaman baş verə bilər ki, həm Ukrayna, həm də Rusiya danışıqlar dövründə müvəqqəti atəşkəslə bağlı razılıq versinlər. Ola bilər ki, Donald Trampın administrasiyasının nümayəndələri Avropa rəsmilərinə Pasxa bayramına qədər Ukraynada atəşkəsə nail olacağına ümid etdiklərini deyəndə məhz bu amili nəzərə alıblar”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı təcrübəsiz siyasətçi Zelenskinin peşəkar siyasətçi Putinə uduzduğunun açıq şəkildə göründüyünü qeyd etdi: “Böyük ehtimalla ABŞ tezliklə Ukrayna ilə Rusiya arasında sülhə nail olacaq. Təbii ki, Ukraynanı Rusiyaya güzəştə məcbur edilmək hesabına. Ehtimal çox böyükdür. Əsas ona görə ki, münaqişə tərəfləri yorulub və müəyyən mənada tükənib. İkincisi, Avropa Birliyinin özü belə, ABŞ-ın dəstəyi olmasa çox müdafiəsizdir. ABŞ isə açıq formada deyir ki, hazırda bizi beynəlxalq hüquq normaları düşündürmür, biz mövcud reallıqdan çıxış edirik və bizi düşündürən xərclədiyimiz pullardır. Təmənnasız beynəlxalq təhlükəsizlik sistemini müdafiə etmək bizim öhdəliyimiz deyil. Tramp Rusiyanın tam qalib gəlməsinin çətinliklərini anladığı üçün sülhə nail olmaq istəyir. Zelenski deyir və hamı onsuz da bilir ki, ABŞ kömək etməsə, Ukrayna tezliklə işğal olunacaq. Ona görə də bu məsələdə son söz sahibi ABŞ-dır. ABŞ Ukraynanı ciddi güzəştlərə, daha doğrusu, kapitulyasiyaya məcbur edəcək. Ukrayna öz ərazisinin 70%-ni qoruyub saxlaya bilsə, bu, indiki halda onun üçün uğur sayıla bilər. Qərbin tanınmış siyasi ekspertləri, jurnalistləri elə-belə demirlər ki, ABŞ-la düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur. Zelenski gənc və təcrübəsiz olduğundan bunu başa düşmədi, 2014-cü ildən nəticə çıxarmağı bacarmadı. Sual yarana bilər ki, Tramp Rusiyanın tam qalib gəlməsini istəyirdisə, onda Ukraynaya köməyi niyə dayandırmır? Tramp öz ölkəsində xalqın reaksiyasından çəkinir. Bayden də bundan çəkinirdi. Onlar arada 6 ay müxtəlif bəhanələrlə bunu etmədilər. ABŞ Ukraynaya qalib gəlməsi üçün yox, sifətlərini qorumaları və qismən də özlərinin faydalanmaları üçün kömək edib. Onlar tez-tez göstərdikləri köməyin məbləğini gözə soxurlar, bilə-bilə ki, bu böyük müharibədə o heç nədir. İkinci Dünya müharibəsində ABŞ-ın Sovet İttifaqına etdiyi köməklə indi Ukraynaya etdikləri köməyi müqayisə edin, hər şey aydın olacaq. İkinci Dünya müharibəsinin gedişində ABŞ həm də öz silahlı qüvvələri ilə müharibəyə qatılmışdı. O zaman ki, artıq faşist Almaniyasının məğlub olacağı görünürdü. Müharibə başlanan ilk gündən bizim partiyanın- ƏHD Partiyasının mövqeyi o oldu ki, ABŞ sonda Ukraynaya Rusiyanın şərtlərini məcburi şəkildə qəbul etdirəcək. Biz tam haqlı çıxdıq. Artıq hər kəsə aydındır ki, güclə hesablaşırlar, beynəlxalq hüquq ayaqlar altına atılmağına baxmayaraq. Türkiyənin danışıqlarda iştirakına gəldikdə isə, həqiqət odur ki, Türkiyənin prosesdə iştirak hüququ lazımi səviyyədə tanınmır. Əlbəttə ki, bu da başa düşüləndir. Çünki qardaş Türkiyənin hər iki ölkəyə təsir etmə imkanları geniş deyil. Sonda çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, təcrübəsiz Zelenski ABŞ-ın diktəsi ilə Ukraynanı zəlil gününə qoydu, peşəkar siyasətçi Putinin atacağı addımları düzgün hesablaya bilmədiyi səbəbindən”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1094

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see248

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see200

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see188

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see184

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see175

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see172

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see170

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see169

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see168

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see167

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see166

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see165

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see165

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see164

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see161

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see160

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see157

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see154

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri