Icma.az
close
up
RU
“Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə”

“Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə”

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyulun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının, YAP Səbail rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. O bildirib ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızda böyük inkişaf yolu başlayıb. Təşkilat sədri qeyd edib ki, bu, Azərbaycanın gələcək inkişafının, intibahının, tərəqqisinin və parlaq perspektivlərinin əsası oldu.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, 1969-cu ilin iyul ayında Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlişindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin etdi. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə keçmiş ittifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerlərdə qərarlaşdı, kənd təsərrüfatı, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində inkişaf tempi əldə edildi. Həmçinin milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, 1971-ci ildə Ulu Öndərimizin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu: “Bununla yanaşı, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə İttifaq respublikalar arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı. Görülən işlər, əslində, müstəqilliyimiz üçün zəmin yaradırdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, gerçək müstəqilliyimiz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazanıldı. Çünki Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas edərək müstəqilliyimizin dönməzliyini təmin etdi. Bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan hazırda dünyada böyük nüfuza malikdir”.
“Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Sudeyif İmamverdiyev çıxışında bildirib ki, Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, hər bir xalqın tarixində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətləri var: “Azərbaycan xalqının tarixində də məhz belə bir şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyevdir. İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir”.
S.İmamverdiyev qeyd edib ki, Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və dünyada qüdrətli dövlətə çevrilib. “Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları daim gənclərə aşılanmalıdır”, - deyən S.İmamverdiyev gəncləri Heydər Əliyevin zəngin dövlətçilik irsini dərindən öyrənməyə çağırıb.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov Ulu Öndər Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqına və dövlətinə həsr etdiyini bildirib. Onun sözlərinə görə, 1969-cu ildə Ulu Öndərin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi respublikamızın tarixində dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyev sovetlər birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə də müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.
YAP Veteranlar Şurasının üzvü söyləyib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində məhz Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri dayanır: “Heç vaxt unutmamalıyıq ki, bu nailiyyətlər böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki bu gün Azərbaycan müstəqil, güclü dövlətdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Hazırda Azərbaycan inkişafının yeni mərhələsini yaşayır. İnanırıq ki, qalib Azərbaycan bundan sonra da böyük nailiyyətlər qazanacaq”.
Tədbirdə YAP Veterenlar Şurasının üzvü Tahir Məmmədov və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ramiz Məşədihəsənli də çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Vətənimiz üçün fədakar fəaliyyətinin önəmindən ətraflı bəhs ediblər.
Sonra tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.
YAP sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqəsi təqdim olunub, partiyanın Səbail rayon təşkilatının bir qrup fəalı Fəxri fərmanla təltif ediliblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyul 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri