Icma.az
close
up
RU
Müstəqil Azərbaycan tərəqqi və Zəfər yolundadır

Müstəqil Azərbaycan tərəqqi və Zəfər yolundadır

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Şərqdə ilk demokratik, hüquqi və dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 107 il ötür. 1918-ci il mayın 28-də Tiflisdə fəaliyyət göstərən Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə xalqımız öz suveren iradəsini ifadə edərək dövlət müstəqilliyini bütün dünyaya bəyan etmiş və milli dövlətçilik ideyalarının siyasi-hüquqi əsaslarını formalaşdırmışdır. Həmin qərar demokratik dəyərlərə əsaslanan müasir dövlətçilik ənənələrinin başlanğıcı kimi əlamətdar olmuşdur.Cümhuriyyət dövründə qadınlara səsvermə hüququnun tanınması, milli azlıqların hüquqlarının təmin olunması və demokratik institutların formalaşdırılması bu dövlətin gələcəyə hesablanmış siyasi iradəsinin göstəricisi idi. İstiqlal Bəyannaməsi xalqın azad yaşamaq, hüquqi əsaslarla idarə olunmaq və demokratik cəmiyyət qurmaq istəyinin aydın ifadəsi olmuşdur.Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun milli dövlətçilik və azadlıq ideyaları xalqımızın şüurunda və tarixində dərin iz buraxmışdır. Bu ideyalar illərlə yaşadılmış və nəhayət 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin bərpası ilə gerçəkliyə çevrilmişdir. 1991-ci ildə SSRİ-nin süqutu ilə yaranan yeni tarixi şərait xalqımıza müstəqil yaşamaq, öz siyasi və iqtisadi həyatını suveren şəkildə qurmaq imkanı vermişdir. Bu isə Azərbaycan Xalq Cümhuriyyətinin miras qoyduğu dövlətçilik ideallarının dirçəldilməsi demək idi.Müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən siyasi böhran və dərin sosial-iqtisadi çətinliklər dövləti ciddi şəkildə təhlükəyə məruz qoymuşdu. Məhz belə bir mərhələdə xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Onun rəhbərliyi ilə müstəqil siyasət yürüdülməyə başlandı, ölkəmizdə sabitlik təmin olundu, ordu quruculuğu sahəsində islahatlar həyata keçirildi, həmçinin beynəlxalq münasibətlər sisteminə inteqrasiya istiqamətində ciddi addımlar atıldı.Ümummilli Lider daim Cümhuriyyət ideya və ənənələrinə böyük ehtiramla yanaşmışdır. Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirmişdir. Ulu Öndər qeyd etmişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın müasir, müstəqil dövlət kimi inkişafının təməlini qoymuş, gələcək Zəfər yolunun əsasları formalaşdırılmışdır. Bugünkü güclü Azərbaycan məhz həmin strateji kursun davamı olaraq öz inkişaf yolunda inamla irəliləyir. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mühüm uğurlara imza atıb, güclü iqtisadiyyata və nüfuzlu beynəlxalq mövqeyə sahib olub. Azərbaycanın sabitlik adası kimi tanınması, regional və qlobal təşəbbüslərdə fəal iştirakı, enerji və nəqliyyat layihələrində aparıcı mövqedə çıxış etməsi dövlətimizin başçısının həyata keçirdiyi milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Ən əsası, Prezident İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Qələbə qazanaraq ərazilərimizi işğaldan azad etdi. 2023-cü ildə şanlı ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli aniterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi. Bu, müasir dövlətçilik tariximizin zirvə hadisəsi, ən möhtəşəm qələbəsidir.2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncam milli dövlətçilik tarixinə və Cümhuriyyət irsinə yüksək dəyərin bariz nümunəsidir. Eyni zamanda, cümhuriyyətin banisi olan görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncam milli yaddaşın qorunmasına verilən xüsusi önəmin göstəricisidir. Dövlətimizin başçısı qeyd etmişdir: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”.Beləliklə, 28 May – Müstəqillik Günü bu günümüzün və gələcəyimizin ideya əsaslarını, milli ruhunu və dövlətçilik düşüncəsini formalaşdıran tarixi bir rəmzə çevrilmişdir. Bu əlamətdar gün xalqımızın azadlıq əzmini, müstəqil yaşamaq iradəsini və milli dövlət quruculuğuna sadiqliyini əks etdirir. Azərbaycan dövləti şanlı tarixi böyük qürurla yad edir, Cümhuriyyətin qurucularının əziz xatirəsini daim uca tutur.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri