Icma.az
close
up
RU
Terim Ardanın məşqçiliyə gəlişi haqda nələr dedi?

Terim Ardanın məşqçiliyə gəlişi haqda nələr dedi?

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Bu mövsüm heç bir klubu çalışdırmayan və “Əl-Şabab”dan ayrılandan bəri işsiz olan Fatih Terim dekabrın 31-də dünyasını dəyişmiş “Qalatasaray” və Türkiyə yığmasının sabiq üzvü Gökmən Özdenakın yas mərasimində iştirak edib.

"Football-plus.az" xəbər verir ki, 78 yaşlı Özdenak bir müddət əvvəl infarkt keçirmişdi.
“Qalatasaray”da 13 il (1967-80) top qovan, 4 çempionluq yaşayan və hətta klub tarixinin avrokuboklardakı 50-ci qolunun müəllifi olan Özdenak son illərdə futbol şərhçisi kimi çalışırdı.
“Qalatasaray”da onunla çiyin-çiyinə oynamış Terim “Lider Haber” kanalına açıqlamasında həm mərhumla bağlı xatirələrini bölüşüb, həm də hazırda “Şaxtyor”u çalışdıran Arda Turan haqda danışıb:

“Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Mən “Qalatasaray”a 1974-cü ildə gəldim. Həmin mövsümü zəif keçirsək də, ondan öncəki ardıcıl 3 ildə çempion olmuş bir komanda var idi. Çox önəmli futbolçulara sahib idik, Gökmən Özdenak da onlardan biri idi. Bir müddət kapitan sarğısını da daşımışdı. Ondan sonra kapitanlıq mənə keçmişdi. Gökmən nə qədər yanlış söyləsə də, ondan heç kim incimirdi. Bəzi şeylər yaşandıqda gülüb keçirdi. Məsələni uzatmırdı. O da daxil olmaqla hər kəs məni “Qalatasaray”da çox yaxşı qarşılamışdı. Gökmən dövrünün ən önəmli forvardlarından biri idi. Yığmada da birlikdə oynamışdıq. Onun qarşısını kəsmək, ona qarşı oynamaq hər müdafiəçinin hünəri deyildi. Bir qədər çılğın xarakterinə baxmayaraq, heç vaxt heç kimin xətrinə dəymirdi. Heç kimlə münaqişə yaşamırdı. Hər məşqdə, hər oyunda böyük həvəslə iştirak edirdi. Onun bir dəfə də zədəni bəhanə gətirdiyini görmədim. Gökmən Özdenak zarafatlarıyla hamımızın üzünü güldürürdü. Həyatımın ən unudulmaz titulu? Şübhəsiz, UEFA kuboku. Arda Turan üçün “Qalatasaray”a geri dönmək asan olmadı. Çoxları onun dönə bilməyəcəyini deyirdi. Amma elə oyunçular var ki, karyerasını doğma klubda bitirməsi məsləhətdi. Çünki onların adı həmin camiə ilə yanaşı hallanır. Arda da belə futbolçu idi. Ayrılmasına və başqa klublarda oynamasına baxmayaraq, “Qalatasaray”lılığını heç vaxt itirməmişdi. “Qalatasaray”ın həmin dönəmdə bəlkə də ona ehtiyacı yox idi. Amma onun “Qalatasaray”a ehtiyacı var idi. Böyük klublar həmişə rəmzlərinə sahib çıxmalıdılar. Başqalarını bilmirəm, amma Arda buna layiq idi. Artıq mənim həmkarıma çevrilib. Tədricən səviyyəsini bir qədər də artıracaq. Niyə də olmasın?! Gənc nəslimiz çox istedadlıdı. Hamısı bir-biri ilə rəqabətdədi və müasir futbolu yaxından izləyirlər. Arda “Qalatasaray”dakı son mövsümündə həmişə mənim yanımda idi. Futbolçu olsa da, sanki praktikaya gələn bir məşqçiyə bənzəyirdi. Həmin durumun ona çox böyük faydası dəydi. Gecə köməkçilərimlə birlikdə oyunları təhlil etmək üçün bazada qalırdım. Arda da mənimlə birgə olurdu. Hər şeydə mənlə bərabər idi. O dönəm onun üçün məşqçiliyə hazırlıq baxımından əvəzsiz təcrübə oldu”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Yanvar 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri