Icma.az
close
up
RU
İspaniya mətbuatı Ardanın performansı haqda nə yazdı?

İspaniya mətbuatı Ardanın performansı haqda nə yazdı?

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Məlum olduğu kimi İspaniya kubokunun yarımfinalının ilk oyununda ''Real'' səfərdə ''Real Sosyedad''ı minimal hesabla yenərək final yolunda böyük üstünlük əldə etdi.

''Football-plus.az'' xəbər verir ki, Karlo Ançelotti bu dəfə nəhayət, Arda Gülərə də şans verdi. Son 5 rəsmi oyunun hamısını ehtiyatda keçirən 20 yaşlı türkiyəli ulduz bu matçda start heyətində meydana çıxdı və sağ vinger mövqeyində 83 dəqiqə oynadı. Amma İspaniya mətbuatı Ardanın performansından razı qalmadı.
Məsələn, ''Marka'' nəşrində bunlar qeyd olunub:

''Türkiyəli futbolçu özünü sübut etməyə çalışırdı. İndi onun üçün qazandığı hər dəqiqə qızıla bərabərdi. Amma bu oyunda ''Real''ın hücum xəttində ən zəif təsir bağışlayan futbolçu oldu. Çox da oyunun içinə girə bilmədi. Hərçənd daim müdafiəyə yardım etməsi ilə diqqət çəkdi. Ançelotti çox güman, onun oyuna və mövqeyinə ciddi yanaşmasından məmnun qalacaq. Amma sözsüz ki, Ardadan hər kəs bundan daha artığını gözləyir. Çünki bu matçda sehrini nümayiş etdirə bilmədi. Arda üçün çox çalışdığı, amma çox şey göstərə bilmədiyi bir oyun oldu''.


''As'' nəşrində isə bunlar qeyd olundu:

''Bellingemin istəkli oyunu, yeni kapitan Vinisiusun daha öncə görünməyən fədakarlıq ruhu, Fran Qarsiyanin 90 dəqiqə yorulmadan öz cinahında işləməsi, Endrikin son zərbəsi, Çuameninin mükəmməl oyunu və Luninin sehrli əlləri ''Real''ın güclü yönləri idi. Amma komandanın zəif yönləri də oldu. Məsələn, Arda Gülərin sehri sanki buxarlanmışdı''.


Elə ''Sport'' nəşri də xoş sözlər yazmadı:

''Arda Ançelottiyə özünü sübut etmək üçün qızıla bərabər şans qazandığı gecə də, demək olar, ortalıqda görsənmədi. Mövqelərin arasında oynadı və matçboyu oyunun içinə girmək üçün mübarizə apardı''.


ƏLİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Fevral 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri