Icma.az
close
up
RU
Tərlan Əhmədov: Neftçi də sənə böyük dəstək lazımdır

Tərlan Əhmədov: Neftçi də sənə böyük dəstək lazımdır

Icma.az bildirir, Idman.biz portalına istinadən.

"Neftçi"yə yeni futbolçular gəlib, amma onlar haqda elə də çox məlumatımız yoxdur. Ən yaxşı futbolçular Latın Amerikasından gəldikdən sonra Avropada oynayanlardır.

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədov Sportal.az saytına açıqlamasında deyib.

O, "ağ-qaralar"dakı heyət dəyişikliyi ilə bağlı danışıb. Bununla yanaşı, 2025/2026 mövsümündə “Neftçi”dən gözləntilərindən bəhs edib: “Qarabağ” həmişə Portuqaliya, İspaniya aşağı liqalarında oynayan braziliyalılara üstünlük verir. Çünki Avropa futbolunun məktəbi böyükdür. Amma Braziliyadan “Fluminense”, “Flamenqo”dan oyunçu gətirmək başqa məsələdir, o heç. Yoxsa, Venesuela, Boliviyadan oyunçu gəlirsə, onların burada uyğunlaşması bir balaca çətindir. Çünki onlar Avropa futbol mərhələsinin adlamayıb. “Neftçi”də necə olacaq....”Neftçi”yə gələn məşqçilərə baxın, Adrian Mutu, Miodraq Bojoviç, Roman Qriqorçuk. Hələ Qriqorçukun Azərbaycan futbolunda böyük təcrübəsi var idi. “Neftçi” ağır klubdur, burada işləmək üçün rəhbərlik tərəfindən sənə böyük dəstək lazımdır. Mən özüm də bu komandada bir il baş məşqçi oldum. Komandanı sonuncu pillədən götürdüm, 3-cü pilləyə qədər yüksəltdim, amma sonda özünüz də gördünüz...Klubun strategiyası tamamilə fərqlidir, yanaşma da fərqlidir. Hamının gözü oradadır. Çünki xalqın komandası olub, əzəldən də belədir, “Neftçi”nin ad-sanı var, bu klubdan adlı-sanlı futbolçular dünyaya çıxıb. Anatoli Banişevskini desən, bəs edir. “Neftçi”nin heyətində Avropa, dünya və Olimpiya çempionları var. Ona görə də, bu istər-istəməz 2-ci və ya 3-cü yer qəbul olunmur. Son illərdə klub 2-ci pilləyə də yaxınlaşa bilmir. Komanda 2021/2022 mövsümündə çempion olub, ondan sonrakı illərdə fiaskoya uğrayır".

Əhmədovun fikrincə, “Neftçi” başa çatan mövsümdə də mükafatçılar sırasına düşə biləcək heyətə malik imiş: "Neftçi"də yeni futbolçularla məşqçilərin münasibəti necə olacaq, bunun da önəmi çoxdur. Əslində, komandanın keçən ilki heyəti də pis deyildi. O komanda ilə nəticə də vermək olardı. Samir Abasov komandanı oktyabr ayında götürmüşdü və həmin müddətdən sonra komandada nəyisə dəyişmək olardı ki, “Neftçi” mövsümü 6-cı pillə deyil, mükafatçılar sırasında başa vursun. Amma üzücü o idi ki, “Neftçi” autsayderlərə uduzurdu. Bu mövsüm necə olacaq, futbolçularla məşqçilərin münasibəti necə olacaq, hansı taktika seçiləcək...Ən əsası, o taktikaya uyğun fubtolçular cəlb edilib, ya yox, bir çox məsələlər var. Ötən mövsüm Samir Abasov deyirdi ki, komandanı mən yığmamışam. Bu mövsüm isə sərəncamında özü istədiyi oyunçular var. “Qarabağ”, “Sabah”, “Zirə” kimi komandalar oynayır, "Araz-Naxçıvan” güclənib, “Turan Tovuz” da həmçinin. Tovuz klubu ötən mövsüm əldən verdikləri şansı bu mövsüm buraxmaq istəməyəcəklər. Artıq rəqabət daha da çoxalır. “Neftçi” o rəqabətə uyğunlaşa biləcək, həmin rəqiblərdən üstün olacaq, ya yox...Biz indidən deyə bilmərəm ki, 4 mövsüm geridə qaldı, bu mövsüm “Neftçi” çempion olacaq. Zaman göstərəcək".

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 İyul 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri