Terminator filminin yeni bölümünü çəkəcəklər
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni "Avatar 3" filminin təqdimatı bitdikdən sonra amerikalı məşhur kinorejissor Ceyms Kemeron müəllifi olduğu kult ekran əsəri "Terminator"un yeni bölümünü lentə alacağını təsdiqləyib.
Reyting.az-ın məlumatına görə, C. Kemeron "Gizmodo" nəşrinə deyib ki, yeni çəkəcəyi film üçün çoxlu qeydlər də toplayıb və artıq ssenari üzərində işləməyə başlayıb.
Kemeron vurğulayıb ki, hazırda sürətlə inkişafda olan texnologiyalar fonunda gələcəyi təsəvvür etmək əvvəlkindən daha da çətindir, çünki "elm-fantastika reallığa çevrilib”. Bununla belə, ruhdan düşməyən Hollivudun kino ulduzu bildirib ki, yeni "Terminator"la filmə əvvəlki gücünü qaytarmaq istəyir.
C. Kemeron tezliklə lentə alınacaq yeni "Terminator"un süjet detallarını açıqlamaq istəməyib.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 04 Dekabr 2025 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















