Icma.az
close
up
RU
Avatar filminin bir neçə bölümünü çəkəcəklər

Avatar filminin bir neçə bölümünü çəkəcəklər

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Yaxın vaxtlarda "Avatar" filminin bir neçə bölümünü çəkəcəklər. Filmin yeddi hissədən ibarət olacağı bildirilir. Artıq rejissorun növbəti filmlər üçün nəzərdə tutduğu hazır kadrları da var.
Reyting.az
-ın məlumatına görə, "Avatar" filminin rejissoru Ceyms Kemeron deyib ki, onun yaxşı xəbəri var və bu dəfə tamaşaçı on il gözləməli olmayacaq.
Məşhur rejissor əlavə edib ki, üçüncü hissənin çəkilişləri "Avatar 2" ilə paralel aparılıb.
Xatırladaq ki, əvvəllər filmin nümayişi 2024-cü ilə elan olunsa da, təqdimatın tarixinə bu yaxınlarda düzəliş edilib. Yeni "Avatar" filminin buraxılışı indi 20 dekabr 2025-ci ilə planlaşdırılır.
Yeni film "Avatar: Od və Kül" adı ilə təqdim ediləcək. Bu dəfə tamaşaçılar od elementi ilə əlaqəli yeni NaVi qəbiləsi ilə tanış olacaqlar. Vulkanik torpaqlarda yaşayan bu döyüşçülər tayfası sülhsevər Omaticaya və Metkayina tayfalarından uzaqdırlar. Yeni klanla münaqişə süjetin əsas xəttini təşkil edəcək.

Məşhur Hollivud rejissoru, kinossenarist Ceyms Kemeronun "Avatar" silsiləsindən bəzi filmlərin layihəsini hazırladığı məlum olub. Rejissor "Avatar 4"-ün işçi adını da qoyub. Bu film istehsal zamanı "Tulkunun atlısı" adlanacaq və 2029-cu ildə, dekabr ayının 21-də hazır olacaq. "Avatar 5"-in, növbəti "Eyveyə Səyahət" filminin isə ilk nümayişi 2031-ci ilə, 19 dekabr tarixinə planlaşdırılıb.
Bundan əlavə, rejissor öz açıqlamasında vurğulayıb ki, o, artıq altıncı və yeddinci hissələr üçün ideyaları nəzərdən keçirir.
Amerikalı sənətçi və Hollivudun məşhur rejissorlarından biri olan Ceyms Kemeron onu da bildirib ki, yaxın gələcəkdə lentə alınacağı planlaşdırılan ekran əsərlərinin taleyi həm də indiki filmlərin uğurundan asılıdır.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:347
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Dekabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri