Icma.az
close
up
RU
Tərtərdə dəhşətli ailə dramı: Ata tüfeyli həyat tərzi sürən oğlunu öldürdü TƏFƏRRÜAT

Tərtərdə dəhşətli ailə dramı: Ata tüfeyli həyat tərzi sürən oğlunu öldürdü TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Tərtər rayonunda 1968-ci il təvəllüdlü Muğan Həsənzadə oğlu Emini qətlə yetirməkdə təqsirli bilinib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, qətl hadisəsi bu ilin martın 14-də rayonun Kəngərli kəndində baş verib. 
Muğan həmin gün saat 10:30-daə yaşadığı evinin həyətində 1991-ci il təvəllüdlü oğlu Emin ilə birlikdə “URAL-432007” markalı avtomobilin texnikasının  mühərrikini təmir edərkən, oraya qardaşı gəlib. 
Bu zaman gələn Muğanın qardaşı hər dəfə maddi yardım edərək əlindən gələn köməkliyi etməsinə baxmayaraq ona məxsus bağ sahəsindən Eminin ağacları oğurlayaraq satdığını bildirib. 
Daha sonra Muğan uzun müddətdir tüfeyli həyat tərzi keçirən və ailəyə qarşı etinasız olmasına görə mütəmadi olaraq tənbeh etməsinə baxmayaraq, müsbət nəticə çıxarmayan oğlunu öz əmisinin bağ sahəsindən oğurluq etdiyinə görə bir daha irad bildirib. 
Bu vaxt oğlunun ona etinasız yanaşaraq saymazyana şəkildə mübahisə və təhqir edərək əlləri ilə fiziki güc tətbiq edib, xəsarət yetirməyə çalışmasını görüb. 
Ata oğlunun bu hərəkətlərinə qarşılıq olaraq özündə yaranmış qəzəb hissini biruzə verib və avtomobilin təmiri zamanı istifadə etdiyi bıçaqla ona zərbələr vurub. 
Emin Həsənzadə aldığı zərbələrdən ölüb. 
Hadisəni törədən M.Həsənzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən M. Həsənzadə ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilməyib. 
O, əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib. 
M. Həsənzadə ifadəsində göstərib ki, Tərtər rayonu, Kəngərli kəndində anadan olub, 1-ci Qarabağ müharibəsi veteranıdır və 1996-cı il tarixdən yük maşını motorlarının təmiri ilə məşğul olub: 
“2025-ci il mart ayının 14-də, gecə mərhum oğlu Emin  qorxusundan gec gəldiyi üçün evə pəncərədən daxil oldu. Mərhumun gündəlik həyat tərzi ilə bağlı çoxlu borclar yığılıb. Mən mərhumun xərclərinə pul çatdıra bilməmişəm. Borc sahibləri hər gün məndən oğlumun aldığı borcların qaytarılmasını istədi. 
Hadisə baş verən günün səhəri yoldaşıma marketə gedərək gündəlik ərzaq məhsulları alıb qayıdacağımı dedim. Həmin vaxt mərhum oğlum Eminin yatağında olduğunu gördüm. 
Evə qayıdarkən artıq mərhum oğlumun əlində kürək ilə marketin yanında olduğunu gördüm. Oğlumu avtomobilimə əyləşdirərək özüm ilə evə gətirdim. Həmçinin mənə məlum oldu ki, mərhum Emin Həsənzadə həmin kürək ilə əmisinin bağından oğurluq edib və evə gec gəlməsinin səbəbi də məhz onunla bağlı olub. Mərhum oğurladığı ağacların bir qismini çay evinə satıb, hətta həmin yerə özü əkib”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, evə gəldikdən sonra mərhum oğluna  yeməyini bitirərək ona kömək etməsini, işin tez bitməsinin vacib olduğunu deyib: 
“Emin yeməyini yedikdən sonra yanıma gəldi. Biz birlikdə işə başladıq. Mən bütün diqqətimi işə cəlb etdiyim üçün mərhumun yanımdan getdiyinin fərqində olmadım. Bir müddət sonra başımı qaldıraraq mərhumu görmədim. 
Artıq Eminin getdiyini başa düşdüm. Sonradan mərhumun maşının arxa tərəfində siqaret çəkdiyini gördüm. Onu yanıma çağırarkən məni nalayiq söyüşlərlə təhqir etdi. Həmin vaxt əlimi yaralamamaq üçün parçaya bükdüyüm bıçaqla oğluma tərəf getdim. Oğlum məni yenidən nalayiqlə söyüşlərlə təhqir edərək, yumruq zərbəsi endirməyə çalışdı. Sonra isə buralardan çıxaraq gedəcəyini bildirdi”. 
Qatil atanın ifadəsinə görə, həmçinin mərhum oğlu Emin narkotik vasitə istifadəçisi olub: 
“Mərhum mənə yumruq zərbəsi endirdikdən sonra aramızda əlbəyaxa dava başladı və oğlumun mənə yumruq atmaq istədiyini gördüm, onun qolunu havada tutdum. 
Daha sonra mərhum əlimi aşağı doğru gətirərkən əlimdəki bıçaq onun sinə nahiyəsinə girdi. Mərhum bıçaq zərbəsindən sonra bir-iki addım arxaya gedərək dəmir qoşqunun yanında yerə oturdu. 
Daha sonra qardaşlarımı yanıma çağıraraq köməkli şəkildə mərhumu eyvandakı yatağa apardım və xəsarətin ciddi olmadığını düşündüm. Buna görə də ilkin yardım göstərsək də, sonradan mərhumun vəziyyətinin yaxşılaşmadığını gördük. Öz maşınım ilə onu  xəstəxanaya çatdırdıq. Xəstəxanaya çatdıqda mərhuma tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı. Oğlum orada vəfat etdi. Mən oğlumun öldüyünü öyrəndikdən dərhal sonra polis şöbəsinə getdim və könüllü olaraq təslim oldum”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə M. Həsənzadə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını  ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri