Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Tərtər rayonunda taksi fəaliyyəti ilə məşğul olan kişi həyat yoldaşını döyüb.
Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş verib.
Kənd sakini Tural Ağayev (soyad şərtidir) 17 il əvvəl ailə həyatı qurub və cütlüyün birgə nikahdan iki övladı dünyaya gəlib. Turalla həyat yoldaşı Gülnarə arasında tez-tez mübahisələr baş verib və bu mübahisələr polis əməkdaşları tərəfindən sakitləşdirilib.
Taksi fəaliyyəti ilə məşğul olan Tural bir neçə gün öncə evə gec gəlib və həyat yoldaşı da ondan narahat qalıb. O, evə gələndə Gülnarə ondan niyə evə gec gəlməsinin səbəbini soruşub. Bu söz Turalı əsəbiləşdirib və ər-arvad arasında mübahisə yaranıb. Nəticədə Tural qadına təpik və yumruq zərbələri endirib, saçından tutub otaqda sürüyüb.
Qadın aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə T.Ağayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Tərtər Rayon Məhkəməsində ər və arvad arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 25 Sentyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















