Tərtərdə qəsdən adamöldürmə hadisəsi: gəlinini bıçaqlayaraq qətlə yetirdi
Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mayın 13-də saat 10:00 radələrində Tərtər rayonunun Poladlı kənd sakini, 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Doğru.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı gəlini H.Rzayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda istintaq tədbirləri davam etdirilir.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 13 May 2025 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















