Icma.az
close
up
RU
Tərtərdə YAP ın konfransı keçirildi Fotolar

Tərtərdə YAP ın konfransı keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının XI konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla anılıb. Dövlət himni səsləndirilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin müdrik siyasəti müstəqil Azərbaycanın tərəqqisini təmin edib. O, müasir tariximizin möhtəşəm uğurlarla zəngin olduğunu söyləyib: “Uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının hesablaşdığı, hörmətlə yanaşdığı ölkəyə çevrilib”.

YAP Tərtər  rayon təşkilatının ötən müddət ərzində sıralarını genişləndirdiyini vurğulayan E.Əsədov “Əldə olunan nəticələrlə yanaşı, qarşıda mühüm vəzifələr də dayanır. Partiya üzvləri ilə işin daha da təkmilləşdirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və vətəndaşlarla əlaqələrin daha yüksək səviyyəyə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir”, - deyə bildirib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimizin dönməzliyinin təmin edilməsi, ölkənin hərtərəfli inkişafı, əhalinin rifahının yaxşılaşdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması və ordumuzun daha da gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Onun sözlərinə görə, tarixi Zəfər nəticəsində ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artıb: “Bu uğurlu siyasətin həyata keçirilməsində Ulu Öndərimizin qurucusu olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini müvəffəqiyyətlə davam etdirən Yeni Azərbaycan Partiyası müstəsna rol oynayır”.

Çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günə qədər ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyub. Onun sözlərinə görə, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaranması və cəmi altı aydan sonra hakimiyyətə gəlməsi Azərbaycanı xaosdan, parçalanmaq təhlükəsindən xilas edərək sabitlik, inkişaf və quruculuq yoluna çıxardı: “Bu gün Yeni Azərbaycan Partiyası azərbaycançılıq ideologiyasının daşıyıcısı kimi milli birliyin qorunmasına mühüm töhfələr verir”.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbasov çıxış edərək Yeni Azərbaycan Partiyasının sıralarında Vətəni, xalqı sevən minlərlə insanın birləşdiyini diqqətə çatdırıb. O, partiyanın ötən dövr ərzində xalqın inam və etimadını layiqincə doğrultduğunu vurğulayıb.

Daha sonra YAP Tərtər rayon təşkilatının Sarıcalı ərazi partiya təşkilatının sədri Vəsilə Mehdiyeva, “Tərtər Rayon Mərkəzi Xəstəxanası” ərazi partiya təşkilatının sədr müavini Pərvanə Xuduyeva və Təhsil ərazi partiya təşkilatının sədri Amil Hüseynov çıxış ediblər.

Konfransda YAP Tərtər rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri