Icma.az
close
up
RU
YAP ın Abşeron rayon təşkilatının XII konfransı keçirildi Fotolar

YAP ın Abşeron rayon təşkilatının XII konfransı keçirildi Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının XII konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq nüfuzunun yüksəldilməsi və vətəndaşların rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub. Qeyd olunub ki, YAP Abşeron rayon təşkilatı fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinin tələblərinə, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun quraraq rayonun ictimai-siyasi həyatında fəal iştirak edib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolunu qeyd edib, rayon təşkilatının səmərəli fəaliyyətinin əhəmiyyətindən danışıb. O, təşkilatın fəaliyyətində əldə olunan nəticələri yüksək qiymətləndirərək qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb.

Milli Məclisin deputatı Ramid Namazov çıxışında müasir dövrdə siyasi təşkilatların qarşısında duran çağırışlardan, informasiya təhlükəsizliyinin və cəmiyyətlə düzgün kommunikasiya qurulmasının əhəmiyyətindən bəhs edib. O, həmçinin YAP Abşeron rayon təşkilatının ictimai-siyasi proseslərdə fəal iştirakını vurğulayıb.

Milli Məclisin deputatı Nigar Məmmədova çıxışında ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinin, tarixi Zəfərin milli iradənin və məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğunu bildirib. O, Yeni Azərbaycan Partiyasının bu inkişaf prosesinin siyasi dayaqlarından biri olduğunu vurğulayıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov rayon təşkilatının hesabat dövründə həyata keçirdiyi tədbirlərin önəminə diqqəti cəlb edib. O, qarşıda duran yeni vəzifələrdən, yerli təşkilatların fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasının vacibliyindən danışıb.

Daha sonra Əkinçilik və Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, “Saray 3 saylı” ərazi partiya təşkilatının sədri Təyyubə Hüseynova çıxış ediblər. Konfransda YAP Abşeron rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.













Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri