Icma.az
close
up
RU
Tərtərdə “Zərifə Əliyeva: Əbədi işıq mücəssəməsi” mövzusunda konfrans keçirilib

Tərtərdə “Zərifə Əliyeva: Əbədi işıq mücəssəməsi” mövzusunda konfrans keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tərtər, 28 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər rayon Mədəniyyət Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş “Zərifə Əliyeva: Əbədi işıq mücəssəməsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta Dövlət Agentliyi, TƏBİB və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər qoyub, Zərifə xanım Əliyevaya həsr edilmiş fotosərgiyə baxış keçiriblər.

Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra akademik Zərifə xanım Əliyevaya həsr olunmuş film təqdim edilib.

Konfransın moderatoru, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı görkəmli oftalmoloq-alim, tanınmış səhiyyə təşkilatçısı, nüfuzlu ictimai xadim, akademik Zərifə xanım Əliyevanın ömür yoluna toxunub, yüksək nailiyyətlərindən, öz peşəsinə sevgisindən bəhs edib. Bu gün keçirilən tibbi humanitar aksiyanın önəmindən danışıb.

Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri, İcmanın Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov bildirib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan səhiyyəsinin inkişafında silinməz iz qoymuş alimdir. Bu gün onun adına həsr olunmuş tədbirin Tərtərdə, Qərbi azərbaycanlıların yaşadığı ərazidə keçirilməsi böyük mənəvi dəyər daşıyır. Eyni zamanda, bu gün Tərtərdə həyata keçirilən tibbi humanitar aksiya da onun xidmətlərinə bir ehtiram nümunəsidir.

⁠İcmanın İdarə heyətinin üzvü, ADPU-nin prorektoru, professor Mahirə Nağıqızı qeyd edib ki, elm və təhsildə qadınların öncül rolunun təcəssümü olan Zərifə xanımın irsi gənc nəsillər üçün nümunədir. Bu gün keçirilən aksiya onun insana və sağlamlığa verdiyi dəyərin cəmiyyətə təzahürüdür.

⁠İcbari Tibbi Sığorta Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev vurğulayıb ki, bu cür humanitar aksiyalar icbari tibbi sığortanın insanlara yaxınlaşdırılması baxımından önəmlidir. Akademik Zərifə Əliyevanın adı ilə bağlı tədbirin sosial həssas qrup nümayəndələrini əhatə etməsi, onun insana xidmət prinsipləri ilə səsləşir.

⁠ AMEA müxbir üzvü, bilogiya elmləri doktoru, BDU kafedra müdiri, Ağsaqqallar Şurasının üzvü professor Elşad Qurbanov akademik Zərifə Əliyevanın elmi irsindən bəhs edib, onun tədqiqatlarının bu gün də aktuallığını qoruduğunu bildirib.

⁠Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov akademik Zərifə xanım Əliyevanın həyat yolu və elmi fəaliyyəti barədə danışıb. Bildirib ki, Zərifə xanımın xatirəsi Azərbaycan xalqının, onu tanıyan bütün insanların qəlbində əbədi yaşayır.

İcmanın Qadınlar Şurası sədrinin müavini, Tibb elmləri üzrə fəlsəfə doktoru, Universal hospitalın baş həkimi Aytən Sultanova çıxışında tibbi xidmətlərin keyfiyyətinin artırılmasının və qadınların sağlamlığının qorunmasının cəmiyyətin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafına verdiyi mühüm töhfələrdən də bəhs edib.

Qeyd edək ki, həmin gün Tərtər rayonu Bəyimsarov kəndinin sakinləri üçün tibbi humanitar aksiya təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri