Icma.az
close
up
RU
Nurlu xatirələrdə əbədi yaşayan Zərifə xanım Əliyeva ŞƏRH

Nurlu xatirələrdə əbədi yaşayan Zərifə xanım Əliyeva ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətənpərvər, xeyirxah, gözlərə və qəlblərə nur gətirən Zərifə xanım cəmi 62 il ömür yaşadı. Nəcib keyfiyyətləri ilə Azərbaycan xalqının əbədi sevgisini qazanan Zərifə xanım Əliyevanın bənzərsiz, işıqlı, şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş həkim-oftalmoloq Zərifə xanım Əliyevanın adı XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri kmi yaddaşlara əbədi həkk olunub.

Böyük dövlət xadimi Əziz Əliyevin qızı, müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızım Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı, hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevin anası Zərifə xanım Əliyeva layiqli övlad, vəfalı ömür-gün yoldaşı, yaxşı ana, missiyanı şərəflə yerinə yetirib.

Doğma ocağa, xalqa və Vətənə böyük məhəbbətlə bağlı olan Zərifə xanım eyni zamanda tibb sahəsində də çox böyük nailiyyətlərə sahib olub. Müxtəlif dövlət mükafatlarına layiq görülərək, peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalı vətəndaşlara xidmət etmək olub. Əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedadı hesabına ən ali zirvəni fəth edən Zərifə xanım Əliyevanın həkim və alim kimi nümunəvi fəaliyyəti oftalmologiya tarixinə əbədi həkk edilib. Həkimlik sənətinə, insanların sağlamlığı keşiyində durmağa kiçik yaşlarından həvəs göstərən Zərifə xanım oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətləri, mükafatları hər zaman Azərbaycan oftalmologiya elminə verilən yüksək qiymət kimi dəyərləndirib. Zərifə xanım Əliyevanın Azərbaycan xalqını traxoma xəstəliyi adlı müdhiş bəladan xilas etməkdə misilsiz xidmətləri olub. Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzib, əhali arasında məqsədyönlü söhbətlər aparıb, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirib. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyası işinin dayaq nöqtəsini, ana xəttini təşkil edib. Zərərli müəssisələrdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə öyrənən, zərərli peşələrin törətdikləri göz xəstəliklərini elmi surətdə əsaslandıran, onların qarşısını almaq üçün əməli tədbirlər görən Zərifə xanım Əliyeva bu xeyirxah işi ilə, belə müəssisələrdə çalışanların görmə orqanlarını təhlükədən xilas edirdi.

M.İ.Averbax adına mükafatına layiq görülən Zərifə xanım həm də həkimlik peşəsini tələbələrə öyrədən böyük pedaqoq idi. Onun “Yüksək əqidə” adlı kitabı tibb təhsili alan tələbələrin, müəllimlərin stolüstü kitabına çevrilib.

Hər zaman səmimiliyi ilə insanların qəlbində taxt qurmağı bacaran Zərifə xanımın bu gün ocağında onun yolunu davam edən, xeyirxahlıq və ümid təcəssümü olan Mehriban xanım Əliyeva var. Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyeva fəaliyyətində milyonların qəlbində, nurlu xatirələrdə əbədi yaşayan Zərifə xanımın nəcib keyfiyyətlərini davam etdirir.

Orxan Əhmədov,

YAP Gəncə şəhər təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri