Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Təsadüf deyil, planlıdır, cəmiyyətimiz hələ tam dərk etmir

Təsadüf deyil, planlıdır, cəmiyyətimiz hələ tam dərk etmir

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər baş verənlər adi feyk xəbər dalğası deyil. Bu, təsadüf deyil, planlıdır və mərhələlidir. Azərbaycan dövlətinə qarşı aparılan informasiya müharibəsi yeni fazaya keçib. Bu mərhələnin adı – süni intellektlə silahlanmış dezinformasiyadır. Xaricdə fəaliyyət göstərən anti-Azərbaycan ünsürlər köhnə üsulları kənara qoyublar. Artıq yalan yazmaq, öz ifalarında böhtan atmaq, təhqir-söyüş kifayət etmir. İndi yalanı danışdırırlar - görüntüyə çevirirlər, səs əlavə edirlər, üz oynadırlar, ağız açdırırlar. Bu, artıq klassik feyk xəbər deyil. Bu, texnologiya ilə aparılan qorxunc təxribatdır.

Ölkə.Az xəbər verir ki, bu sözlər "Yeni Müsavat Media Qrupun" rəhbəri, jurnalist Rauf Arifoğlu bildirib.

Onun sözlərinə görə, ən təhlükəli cəhət isə budur ki, bu hücumlar anonim adlar üzərindən edilmir: Dövlətin tanınmış simalarının adından aparılır - rəsmi şəxslərin, millət vəkillərinin, tanınmış media nümayəndələrinin. Yəni hədəf konkret şəxs yox, ictimai etibardır. Azərbaycan cəmiyyətinin böyük hissəsi bu texnologiyaların mahiyyətini hələ tam dərk etmir. Süni intellektin nəyə qadir olduğunu bilmir. Gördüyü görüntünü real sayır. Eşitdiyi səsi həqiqət qəbul edir. Çaşqınlıq da buradan yaranır, təhlükə də. Bir vaxtlar bu cür saxtakarlıqları yalnız məhdud sayda adam bacarırdı. Çünki imkanlar məhdud, proqramlar çətin və bahalı idi. Bu gün isə vəziyyət dəyişib. Hətta pulsuz versiyalarla belə fotodan feyk kontent yaratmaq mümkündür. Pulunu ödəyənlər isə tam “canlı” video istehsal edir - səs sinxronu, mimika, hərəkət, danışıq. Bu gün istənilən adamı danışdırmaq olar. İstənilən sözü onun ağzından çıxarmaq mümkündür. Vəzifəsindən asılı olmayaraq. Son günlər deputatlar Elman Nəsirovun, Zahid Orucun, Prezidentin köməkçisi Hikmət Hacıyevin, bir sıra millət vəkillərinin adından yayılan saxta görüntülər bunu açıq göstərir. Mənim də adımdan bəzən saxta xəbərlər yayılır. Məsələn, xaricdə fəaliyyət göstərən bir YouTube kanalı guya mənim DTX ilə bağlı demədiyim fikirlər əsasında feyk xəbər yayıb. Halbuki mənim dediklərim, harada danışdığım bəllidir. Ya öz sosial media hesabımda, ya rəhbərlik etdiyim platformada, ya da rəsmi fəaliyyət göstərən sayt və kanallarda.
Bunlardan kənarda yayılan heç bir açıqlama mənə aid deyil".

R.Arifoğlu vurğulayıb ki, məsələ tək bir şəxsin adının təmizlənməsi ilə bitmir: "Problem sistemlidir. Dərinlidir. Təhdid xarakterlidir. Bir yalanın yayılma sürəti onun təkzibindən on, bəzən iyirmi dəfə sürətlidir. Hər yalanı sonradan təkzib etmək mümkün deyil. Bəzən bu perspektivsiz yol kimi görünür. Amma sakit dayanıb, ölkəmizə, dövlətimizə qarşı həyata keçirilən təxribatları da seyr edə bilmərik. Bu baxımdan media savadlılığı, informasiya savadlılığı dövlət siyasətinin tərkib hissəsinə çevrilməlidir. Dövlət qurumları, media, QHT-lər, ictimaiyyət - səfərbər olmalıyıq. Hamı bu məsuliyyəti bölüşməlidir".

Media qurumunun rəhbəri bu məsələdə Türkiyə təcrübəsinə diqqət çəkib: "Qardaş ölkədə feyk xəbərlərlə mübarizə üçün ayrıca dövlət strukturu yaradılıb. Cumhurbaşkanlığı "İletişim Başkanlığı" nəzdində fəaliyyət göstərən "Dezenformasyonla Mücadele Merkezi" bu işlə məşğuldur. Bu qurum operativ şəkildə yalan məlumatları aşkarlayır, manipulyasiyaları ifşa edir,
rəsmi mövqeni dərhal cəmiyyətə çatdırır. Ən önəmlisi isə odur ki, dezinformasiyaya sonradan yox, vaxtında və yerində cavab verilir. Azərbaycanda da oxşar bir strukturun yaradılmasına ciddi ehtiyac var. Çünki bu artıq ayrı-ayrı şəxslərin problemi deyil. Bu, dövlətin informasiya təhlükəsizliyi məsələsidir. Bu gün bəzi xainlər öz adlarından danışmır. Onlar dövlətin mötəbər simalarının adından yalan danışırlar. Böhtan atırlar. Təxribat aparırlar. Süni intellekt neytral alət deyil. Kimin əlindədirsə, onun məqsədinə xidmət edir. Əgər bu alət Azərbaycana qarşı çevrilibsə,
ona qarşı cavab da dövlət və cəmiyyət səviyyəsində olmalıdır. Bu, həyəcan siqnalıdır və gecikmək olmaz".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Yanvar 2026 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri