Icma.az
close
up
RU
Ermənistanın razılığa gəlməsi təsadüf deyil RƏY

Ermənistanın razılığa gəlməsi təsadüf deyil RƏY

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bu vəziyyət ABŞ-nin yaxın 4 ildə tuta biləcəyi mövqe və Azərbaycanın regional, beynəlxalq şəraitə uyğun ata biləcəyi addımlarla əlaqəlidir


"Ermənistan sülh sazişi qüvvəyə mindikdən sonra tərəflərin ümumi sərhəddə üçüncü ölkə qüvvələrini yerləşdirməməsi ilə bağlı müddəa ilə razılaşıb". Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. O, əvvəllər bəyan etdiyi mövqeyini niyə dəyişdiyi ilə bağlı sualı belə cavablandırıb: “Biz əvvəllər bildirdiyimiz mövqeyimizi dəyişməmişik, mətni təhlil edərək qavrayışımızı dəyişmişik. Təhlükəsizlik Şurasında müzakirə apardıq və belə nəticəyə gəldik ki, bu mətnlərin mübadiləsi prosesi artıq özünü tükədib və biz bütövlükdə sülh sazişinin mətnini təhlil edərək növbəti mərhələyə keçdik. Bu təhlil nəticəsində belə qənaətə gəldik ki, dörd illik danışıqlar nəticəsində formalaşan bu kompromis mətni Ermənistan üçün məqbul ola bilər”. Paşinyan əlavə edib ki, Azərbaycanın öz ideyaları, öz sualları var: "Qiymətləndirməmiz ondan ibarətdir ki, bütün bu məsələlər sülh sazişinin mətnində öz əksini tapıb və biz bundan sonra mövqelərimizi aydınlaşdırmağa çalışacağıq". Baş nazir Ermənistanın Azərbaycanla Konstitusiyaya dəyişikliklə bağlı müzakirələr aparıb-aparmaması ilə bağlı sualı da cavablandırıb: “Xeyr. Belə bir müzakirə yoxdur. Konstitusiya Məhkəməsinin ötənilki qərarından sonra məlum olur ki, ER Konstitusiyasında nə Azərbaycana, nə də başqa ölkəyə qarşı ərazi iddiaları var. İkincisi, biz hesab edirik ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları mövcuddur. Lakin bütün bu mümkün qavrayışlarla indi yeni bir reallıq var. Bu, sülh sazişinin razılaşdırılmış mətninin mövcudluğudur. Bu mətn bütün bu problemləri həll edir. Çalışacağıq ki, qarşıdakı müzakirələrdə bu məsələ ilə bağlı Azərbaycanla danışaq və onların mövqeyinin məntiqinin nədən ibarət olduğunu görək. Sülh müqaviləsinin ən azı üç maddəsi bu məsələlərə toxunur və onlar öz həllini tapıb. Əgər biz bu məsələni müzakirə etsək, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması və nə üçün sülh sazişinin mətninin bu məsələni həll etdiyinə inandığımızı da müzakirə edəcəyik”. Jurnalistlərin, “Yəni siz Konstitusiya dəyişikliyi ilə bağlı məsələnin hələ müzakirə olunmadığınımı nəzərdə tutursunuz” sualına cavab olaraq Paşinyan qeyd edib: “Onlar öz mövqeyini bildirdilər, biz də dedik ki, biz daxili məsələlərimizi müzakirə etmirik”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi mətnində birtərəfli tənzimləmə ilə bağlı qeyd yoxdur. O, jurnalistlərə açıqlamasında mühakimə yürüdərkən sazişin düşmən ölkələr arasında imzalandığının nəzərə alınmalı olduğunu bildirib: “Bu müqavilə iki ölkəni və xalqları sehrli şəkildə dosta çevirməyəcək. Lakin gələcəkdə həssas məsələlərin həlli üçün mexanizm rolunu oynayacaq”.


Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ermənistanın sülh gündəmində iki razılaşdırılmayan maddə üzrə razılığa gəlməsi ABŞ-nin yaxın 4 ildə tuta biləcəyi mövqe və Azərbaycanın regional, beynəlxalq şəraitə uyğun ata biləcəyi addımlarla əlaqəlidir. Ekspert vurğulayıb ki, sözügedən iki məsələ - bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq və Avropa İttifaqı missiyasının Ermənistandan çıxarılmasına nail olmaqdır: 


"Sülh gündəliyi üzrə açıqlanmayan bəndlər var və istisna deyil ki, mübahisəli predmetlərin hələ də qalması danışıqların uzanmasına səbəb olacaq. Yəni yekun olaraq, razılıq əldə edilməsi hələ sülhün imzalanmasını tezləşdirmir. Digər yandan sülh proqramı Avropa İttifaqını həm Azərbaycanın artan təzyiqləri, həm də Rusiya-Ukrayna müharibəsi fonunda Donald Trampın təhdidləri ilə üzləşdirir. Donald Trampın xüsusi elçisi Stiv Vitkoffun Azərbaycana səfər etməsi ilə bağlı iddialar bu məsələlər ətrafında aydınlaşdırma yaradır. Yəni həm Ağ Ev administrasiyasının mövqeyi, onun Rusiya ilə uzlaşma məntiqi, Aİ missiyasının Cənubi Qafqazdakı mandatına da təsirsiz ötüşmür". 


A.Kərimova görə, prosesə qısa şəkildə Rusiya-Ukrayna müharibəsi fonunda da şərh vermək məntiqli olardı: 

"Putin təklif olunan atəşkəs razılaşmasının Rusiyaya üstünlüklər verəcəyini anlayır. Ancaq Kurskda Ukrayna hərbçilərinin qalması Kremlin maksimalist şərtlərindəki diktələri Ukraynanın nəzərində yumşalda bilər. Buna görə də, Rusiya qüvvələri hazırda döyüş teatrının hər tərəfində hücumları artırıb. Rusiya bununla Ukrayna qüvvələrinin yenidən qurulmasına mane olacaq şərtləri formalaşdırır. Bu, Rusiyanın hücumu sonradan bərpa etmək qabiliyyətini qorumaq və ya artırmaq məqsədi daşıya bilər. İlkin görüntü budur ki, Putin Kursku tam olaraq Ukrayna hərbçilərindən təmizlədikdən sonra Rusiya ilə ABŞ-nin nüfuz bölgüsünü müəyyən etmək üçün Trampla masaya oturmağa hazırlaşır. Rusiya ilə ABŞ arasındakı 30 günlük atəşkəsin tam razılaşdırılmayan predmetə çevrilməsi geosiyasi məkan qavrayışı olaraq postsovet və Yaxın Şərq regionları ilə əlaqəli tendensiyadır. ABŞ postsovet məkanında, o cümlədən Cənubi Qafqazda Rusiyanın geosiyasi təsir dairəsini genişləndirmək üçün Kremlə fürsətlər verir". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Mart 2025 07:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri