Təsadüfi qəlyanaltılardan niyə imtina etməliyik? Rusiyalı həkimdən AÇIQLAMA
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Alman alimləri sadəcə beş gün ərzində qeyri-sağlam qida ilə qəlyanaltı etməyin sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı həkim, endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Zuxra Pavlova KP.ru-ya açıqlamasında danışıb.
"İnsulin dirəci şəkərli diabet və piylənmənin inkişafı, koqnitiv funksiyaların (diqqət, yaddaş, nitq, təfəkkür - red.) azalması ilə sıx şəkildə bağlıdır. Şübhəli qəlyanaltılar sağlamlığımız üçün uzunmüddətli nəticələrə səbəb ola bilər və orqanizmin fəaliyyətində pozuntular yarada bilər", - Zuxra Pavlova bildirib.
Onun sözlərinə görə, qəlyanaltıları tamamilə istisna etmək daha yaxşıdır. Onlar çəkiyə dərhal təsir etməsələr belə, problemlər sonradan ortaya çıxa bilər. Əgər qida qəbulları arasındakı fasilə beş saatdan çox olarsa, yalnız o zaman qəlyanaltı etmək olar.
"Belə halda zülal-karbohidrat tərkibli bir şey yemək tövsiyə olunur. Məsələn, bananla yoğurt, alma ilə bir parça pendir. Əgər yalnız meyvə yesəniz, bu zaman iştahanız daha da arta bilər", - deyə həkim vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 20 İyun 2025 07:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















