Icma.az
close
up
RU
Təsdiqi tələb olunan qida obyektlərinin siyahısı açıqlanıb AZƏRTAC

Təsdiqi tələb olunan qida obyektlərinin siyahısı açıqlanıb AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinə nəzarət sisteminin daha təkmil qaydada təşkil edilməsi, eyni zamanda, yüksək risk qrupuna aid olan heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı və emalı aparılan müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə qida obyektlərinin təsdiqi prosesi davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, təsdiqi tələb olunan qida obyektləri cavabdeh qida subyektinin müraciəti əsasında müəssisədə aparılacaq yerində qiymətləndirmə və götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən təsdiq edilir və ya təsdiqindən imtina olunur.

Sahibkarların diqqətinə çatdırılır ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qiymətləndirilməsi aparılmadan fəaliyyəti qadağandır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, təsdiq olunmadan fəaliyyət göstərən qida subyektlərinə cərimə nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələri təsdiqi tələb olunan bu cür qida məhsullarının qəbulu zamanı həmin obyektlərin təsdiqi ilə bağlı çıxarışı və digər müşayiətedici sənədləri tələb edilməlidir.

Qeyd edək ki, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiqi tələb olunan qida zənciri obyektləri aşağıdakılardır:

- heyvan mənşəli qida məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan qida obyektləri;

- kənd təsərrüfatı heyvanlarının ətinin istehsalı ilə məşğul olan qida obyektləri,

- kəsim məntəqələri;

- ev (kənd təsərrüfatı) quşlarının və dovşankimilərin ətinin istehsalı ilə məşğul olan qida obyektləri;

- fermer təsərrüfatlarında saxlanılan ov heyvanlarının ətinin istehsalı ilə məşğul olan qida obyektləri;

- vəhşi ov heyvanlarının ətinin istehsalı və emalı ilə məşğul olan qida obyektləri;

- ətin farş edildiyi, hazırlandığı və çeşidləndiyi qida obyektləri;

- ət məhsullarının emalı ilə məşğul olan qida obyektləri;

- balıqçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektləri;

- süd və süd məhsullarının emalı ilə məşğul olan qida obyektləri;

- yumurta və yumurta məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektləri;

- qurbağa ayaqları və ilbiz istehsalı ilə məşğul olan qida obyektləri;

- heyvanların daxili orqanlarının emalı ilə məşğul olan qida obyektləri;

- jelatin istehsalı ilə məşğul olan qida obyektləri;

- kollagen istehsalı ilə məşğul olan qida obyektləri;

- alkoqollu içkilər, qida spirtinin yerli istehsal və emal müəssisələri;

- tərkibində yem əlavələri və insan istehlakı üçün nəzərdə tutulmayan heyvan mənşəli sub məhsullar olan yem məhsulları istehsal edən müəssisələr və yem əlavələri istehsal edən müəssisələr.

Sahibkarlar qida obyektinin təsdiqi üçün AQTA-nın https://e-afsa.gov.az/ saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən, kağız daşıyıcıda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərində) və ya Agentliyə yaxınlaşmaqla müraciət edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri