Icma.az
close
up
RU
Siyasi anlaşmanın hüquqi təsdiqi

Siyasi anlaşmanın hüquqi təsdiqi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın çoxvektorlu xarici siyasətinin növbəti təntənəsi

Azərbaycanın xarici siyasət kursu çoxşaxəli və dinamik xarakteri ilə diqqət mərkəzində dayanır. Cənubi Qafqazın lider dövləti statusunu təsdiqləyən rəsmi Bakı ənənəvi tərəfdaşlıq coğrafiyasını genişləndirərək Şərqi Avropa və Balkan yarımadası istiqamətində strateji dərinliyə malik diplomatik gedişlər edir. Bu istiqamətdə atılan növbəti mühüm addım Monteneqro ilə siyasi əlaqələrin yeni müstəviyə daşınması və konsulluq sahəsində əməkdaşlığın institusional çərçivəyə salınması oldu.

Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında baş tutan görüş, eləcə də tərəflər arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” iki dost ölkənin siyasi iradəsinin göstəricisidir.

İmzalanan Anlaşma Memorandumu, mahiyyət etibarilə, iki dövlət arasında vətəndaşların hüquqlarının qorunması, hüquqi yardımın göstərilməsi və konsulluq xidmətlərinin səmərəliliyinin artırılması kimi vacib məsələləri əhatə etsə də, onun siyasi yükü daha ağırdır. Konsulluq əlaqələri, dövlətlərarası münasibətlərin ən praqmatik və insan mərkəzli sahəsidir. Bu sahədə əməkdaşlığın dərinləşdirilməsi tərəflər arasındakı qarşılıqlı etimadın yüksək səviyyədə olduğuna dəlalət edir. Xarici işlər naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi, hazırda iki ölkə arasında müxtəlif sahələri əhatə edən iyirmi iki saziş mövcuddur. Bu hüquqi baza münasibətlərin təsadüfi xarakter daşımadığını, əksinə, illər ərzində formalaşmış möhkəm təmələ əsaslandığını sübut edir. Mövcud sənədlər toplusu siyasi dialoqun davamlılığını və tərəflərin bir-birinə olan strateji marağını əks etdirir.

Monteneqro Balkan regionunun kiçik, lakin strateji əhəmiyyətə malik dövləti olaraq, Azərbaycan üçün Avropanın cənub-şərq cinahında etibarlı tərəfdaş rolunu oynayır. Rəsmi Podqoritsanın xarici siyasətində Azərbaycanla əlaqələrin xüsusi yer tutması Ervin İbrahimoviçin Bakıya səfəri və keçirilən yüksəksəviyyəli görüşlərlə bir daha təsdiqini tapdı. İmzalanmış memorandumun gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayan yüksək qonaq sənədin, sadəcə, konsulluq məsələləri ilə məhdudlaşmadığını, həm də siyasi yaxınlaşma üçün yeni platforma rolunu oynayacağını diqqətə çatdırdı. Siyasi dialoqun intensivləşməsi iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə zəmin yaradır.

Görüş zamanı diqqətçəkən mühüm məqamlardan biri, şübhəsiz ki, Monteneqronun Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlüyü amili və bu kontekstdə aparılan müzakirələr oldu. Ceyhun Bayramovun bu məqamı xüsusi vurğulaması Azərbaycanın xarici siyasətində Avro-Atlantik məkana inteqrasiya və təhlükəsizlik əməkdaşlığı məsələlərinin aktuallığını qoruduğunu göstərir. Monteneqro NATO üzvü olaraq, Alyansın qərarlarının qəbulunda iştirak edir və Balkan regionunda Qərbin təhlükəsizlik arxitekturasının mühüm elementidir. Azərbaycanın Monteneqro ilə sıx siyasi dialoqu, dolayısı ilə rəsmi Bakının NATO ilə tərəfdaşlıq əlaqələrinin dərinləşməsinə və Alyansın cənub qanadında mövqelərinin möhkəmlənməsinə xidmət edir. Təhlükəsizlik sahəsində fikir mübadiləsi müasir dövrün çağırışlarına, o cümlədən hibrid təhdidlərə, terrorizmə və regional münaqişələrə qarşı birgə mübarizə imkanlarının nəzərdən keçirilməsini ehtiva edir. Azərbaycanın Qoşulmama Hərəkatının fəal üzvü olmasına baxmayaraq, NATO ölkələri ilə ikitərəfli formatda qurduğu strateji əlaqələr ölkənin balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasətinin uğurudur.

Konsulluq sahəsində imzalanan sənəd, həm də "yumşaq güc" diplomatiyasının tərkib hissəsidir. Vətəndaşların sərbəst hərəkətinin asanlaşdırılması, hüquqi prosedurların sadələşdirilməsi və fövqəladə hallarda operativ yardımın göstərilməsi xalqlararası təmasların artmasına gətirib çıxarır. İnsan amilinin ön plana çəkilməsi dövlətlərarası münasibətlərin sosial bazasını gücləndirir. Siyasi elitalar arasındakı anlaşma cəmiyyətlər arasındakı əlaqələrlə dəstəkləndikdə daha dayanıqlı və uzunömürlü olur. Azərbaycan və Monteneqro arasında vizasız gediş-gəliş rejiminin tətbiqi və ya sadələşdirilməsi istiqamətində atılan addımlar, turizm və mədəniyyət sahəsindəki əlaqələrdən daha çox, siyasi etimadın göstəricisidir.

Şərqi Avropa və Balkan istiqaməti Azərbaycanın xarici siyasətində prioritet vektorlardan biri kimi getdikcə daha çox aktuallaşır. Rəsmi Bakı Avropa İttifaqının və NATO-nun genişlənmə strategiyasında mühüm yer tutan Balkan regionu ilə əlaqələri gücləndirməklə qitənin siyasi həyatında daha fəal rol oynamağı hədəfləyir. Monteneqro ilə yanaşı, Serbiya, Bosniya və Herseqovina, Albaniya və Xorvatiya ilə inkişaf edən münasibətlər Azərbaycanın Balkanlarda formalaşdırdığı "dostluq kəməri"nin halqalarıdır. Bu strategiya Azərbaycanın Avropa məkanında siyasi tərəfdaş və təhlükəsizlik donoru kimi qəbul edilməsinə şərait yaradır.

Azərbaycanın Şərqi Avropa siyasətində Monteneqronun rolu, həm də bu ölkənin Avropa İttifaqına namizəd statusu ilə bağlıdır. Aİ-yə inteqrasiya yolunda irəliləyən Monteneqro gələcəkdə Azərbaycanın Brüssel ilə münasibətlərində əlavə dəstək nöqtəsi ola bilər. Eyni zamanda, Azərbaycanın Balkanlardakı təcrübəsi və diplomatik resursları Monteneqronun regiondakı problemlərinin həllində və sabitliyin təmin olunmasında faydalı olan amillərdəndir. Tərəflər arasındakı siyasi məsləhətləşmələr, regional təhlükəsizlik, münaqişələrin həlli və sülh quruculuğu sahəsində təcrübə mübadiləsini də ehtiva edə bilər.

Azərbaycan-Monteneqro münasibətlərinin inkişafı, Cənubi Qafqaz və Balkan regionları arasındakı geosiyasi körpünün möhkəmlənməsi deməkdir. Hər iki region böyük güclərin maraqlarının kəsişdiyi, etnik və siyasi mürəkkəbliyin yüksək olduğu məkanlardır. Həmin regionların dövlətləri arasında birbaşa dialoqun və əməkdaşlığın qurulması, xarici müdaxilələrin təsirini azaltmaq və regional sahiblik prinsipini gücləndirmək baxımından həyati əhəmiyyət kəsb edir. Bakı və Podqoritsa məhz belə müstəqil və suveren siyasət kursunun tərəfdarları kimi çıxış edirlər.

Bakıda imzalanan Anlaşma Memorandumu və nazirlər arasında keçirilən görüş Azərbaycan və Monteneqro arasındakı münasibətlərin institusional və strateji məzmun kəsb etdiyini göstərir. Sənəd siyasi iradənin hüquqi müstəvidə təsbit olunması və gələcək nəsillər üçün möhkəm əməkdaşlıq bazasının yaradılmasıdır. Azərbaycanın Şərqi Avropa istiqamətindəki perspektivləri, Monteneqro kimi etibarlı tərəfdaşlarla qurulan əlaqələr sayəsində daha da genişlənir və ölkəmizin beynəlxalq nüfuzunu artırır. Bu proses, Azərbaycan diplomatiyasının uğuru və Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət strategiyasının növbəti təntənəsidir.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri