“Tesla” Kanadada avtomobillərinin qiymətini xeyli qaldıracaq AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 23 yanvar, AZƏRTAC
“Tesla” fevralın 1-dən Kanadadakı bütün avtomobillərinin qiymətini qaldıracaq.
AZƏRTAC xəbər verir ki, şirkətin Kanadadakı rəsmi saytında verilən məlumata görə, “Model 3”ün qiyməti 6254,78 ABŞ dolları məbləğində qalxacaq.
“Tesla” qiymətlərin qalxmasının səbəblərini açıqlamır. “Reuters” xəbər verir ki, şirkət Kanadada avtomobil istehsal etmir, yalnız digər zavodlardan idxal edir.
“Tesla”nın qiymət artımı ilə bağlı bu gözlənilməz addımı Kanadanın Baş naziri Castin Trüdonun çərşənbə axşamı etdiyi bəyanatından sonra atılıb. Belə ki, Trüdo ABŞ Prezidenti Donald Trampın fevralın 1-dən Kanada və Meksikadan idxal rüsumlarını 25 faiz artıracağı təqdirdə onun hökumətinin buna reaksiya verəcəyini bildirmişdi.
Kanada artıq Şanxayda istehsal olunan “Tesla” avtomobilləri də daxil olmaqla Çindən elektrik avtomobillərinin idxalına 100 faizlik rüsum tətbiq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 23 Yanvar 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















